85
— Naxçıvan camaatının məişətində xalçanın böyük
rolu var. Xalça insanları doğulandan ölənə qədər mü-
şayiət edir. Əvvəlcə xalçanın ilkin forması kimi ke-
çə yaranıb. Əhali evlərini, alaçıqlarını örtmək üçün
keçədən istifadə edib. Sonradan isə cecim, kilim, palaz
kimi xovsuz xalça növləri yarandı və məişətimizə daxil
oldu. İlk dövrlər xalça məişətimizin ən zəruri elementi
olub, sonradan isə evlərə estetik gözəllik vermək üçün
də işlədilib. Rayon və kəndlərimizdə elə bir ev olmurdu
ki, orada xalça toxunmasın. Yazda, yayda əkin-biçinlə
məşğul olan əhali vaxt tapıb qışa da hazırlıq görürdü.
Bu fəsillərdə yun qırxılır, daranır, müxtəlif rənglərlə
boyanırdı. Qışda bütün evlərdə xanalar qurulurdu. Bu-
nun özü də bir mərasim xarakteri daşıyırdı. Qonşular
da xananı qurmaqda bir-birlərinə kömək edirdilər. Bir
xananın qarşısında beş-altı qadın
əyləşib xalça toxuyardı. Xalçanın
kəsilməsi isə xüsusi bir mərasim
olurdu. Xalça hazır olandan son-
ra ev sahibi şirinlik də paylayırdı.
Qədimdə Naxçıvanda hər doğulan
uşağa xalça həsr edərdilər. Gənc
qızlar isə mütləq xalça toxumağı
bacarmalı idi. Hətta elçi gələndə
birinci soruşardılar ki, qız xalça to-
xumağı bacarır, ya yox. Xalçaların
üzərindəki naxışlarda, kompozisi-
yalarda xalqımızın adət-ənənələri,
xalq yaradıcılığı öz əksini tapırdı. O
dövrün peşəkar xalçaçı qadınları bu
gün həyatda yoxdurlar, amma onla-
rın xalçaları hələ də yaşayır. İndi də
əl ilə toxunan xalçalardan istifadə
olunur. Amma əvvəlki qədər yox.
Əfsuslar olsun ki, texnikanın inkişaf
etdiyi dövrdə maşınla toxunan xal-
çalara daha çox maraq var.
Cecim. Yun. Xovsuz. XIX əsr. Naxçıvan qrupu. Azərbaycan.
Yun keçə. 1966-cı il. Naxçıvan qrupu. Kəngərli rayonu. Qıvraq qəsəbəsi. Azərbaycan.
1...,77,78,79,80,81,82,83,84,85,86 88,89,90,91,92,93,94,95,96,97,...204