94
Bir
miniatürün
izi ilə
iz
Miniatür rəssamlığı yaranışının ilk çağlarında ancaq bədii və elmi ədəbiyyatın illüstrasiya
edilməsi üçün təşəkkül tapmışdı. Səfəvi hakimiyyətinin sonlarında və Qacar dövründə isə
onun bədii xüsusiyyətlərini saxlayaraq sarayların, köşklərin də interyer tərtibatında istifadə
edilməsinin şahidi oluruq. Miniatürçü-rəssamların eskizləri əsasında metal, xalça və ipək
parça üzərində məharətlə işlənmiş təsvirlər məlumdur. Bununla belə, miniatür rəssamlığı
kitab tərtibatına bağlı bir sənətdir. Bəzən kitablarda rast gəlinən miniatürlərin əsərin sü-
jet xəttinə heç bir aidiyyatı olmur və həmin miniatürlər kitabın təyinatı üçün işlənir. Belə
miniatürlərdən biri də təbrizli Mirzə Əlinin Firdovsinin “Şahnamə” əsərinə çəkdiyi illüst-
rasiyadır.
Xüsusi ədəbiyyatda bu miniatürün adı “Nuşirəvan hind səfirini qəbul edir” kimi qeyd
olunmuşdur. Lakin diqqətlə baxsaq, bu miniatürdə real tarixi hadisələrin təsvirini görərik.
Həqiqətən, miniatürdə Hindistandan gələn qonaqlar təsvir edilmişdir. Bu, Hindistanı
xarakterizə edən atributlardan da (fil, meymun, tutuquşu, ləl-cavahirat, ədviyyat) görünür.
Rəsmdə təsvir edilən atlar isə hədiyyə deyil, çünki onlar yəhərlənmişdir və hər ikisinin ci-
lovları var.
Taxtda oturan şəxs Səfəvi şahı I Təhmasibdir. Təbriz miniatürlərində Şah Təhmasibin bəlli
sayda rəsmi mövcuddur. İkonoqrafik xüsusiyyətlərinə görə bu portretlər bir-birlərinə çox
bənzəyir. Mirzə Əli miniatürdə Qızılbaşlarla moğolları papaqlarına görə fərqləndirmişdir.
Şahın hüzurunda iki şəxs var. Onlardan biri Səfəvi geyimindəki vəzir Qazi Cahan, digəri
isə moğol sultanı Hümayunun nümayəndəsi Bayram xan Türkməndir. Bayram xan əslən
Qaraqoyunlu türkmənlərinin Baharlı boyundandır. Onun əlində məktub var, böyük ehti-
malla Hümayunun məktubudur. Bu rəsmdə vəzirlə Bayram xan arasındakı səmimiyyət də
nəzərdən qaçmayıb. Bu da onların eyni boydan olmasından qaynaqlanır.
Bir qədər kənarda Hümayun xan dayanmışdır. Duruşundan hiss olunur ki, hakimiy-
yətdən uzaqlaşmanın üzüntüsünü yaşayır. Bu tarixi hadisələr İskəndər bəy Münşinin
“Tarix-i aləmara-yi Abbasi”, Əbülfəzl Əllaminin “Əkbərnamə” və Gülbədən bəyimin
“Hümayunnamə” əsərlərində hərtərəfli işıqlandırılmışdır.
Miniatürdə şah sarayının həyəti təsvir olunub. Burada biz saray qanunlarını, onlara necə
riayət olunduğunu görə bilərik. Moğollardan biri (sıra ilə 10-cu) taxta hasarla əhatələnmiş
hərəmxananın ərazisinə keçib. Bunu görən Səfəvi şahzadəsi (6-cı) qəzəblənərək, əlini qılınca
F.B.Miralay
"Azərbərpa" Elmi Tədqiqat İnstitutunda memar
Azərbaycan Xalçaları
Cild 2 №4 2012
1...,86,87,88,89,90,91,92,93,94,95 97,98,99,100,101,102,103,104,105,106,...204