92
məşhur tacir Məhəmməd Bayramov xalça bilici-
si kimi də tanınırdı. Peşəkarlığı, Azərbaycan xal-
çaları barədə dolğun məlumatının olması onun
Tiflis bazarında nüfuzlu şəxs kimi tanınmasına
səbəb olmuşdu. Borçalının Saraclı kəndindən
olan İsmayıl adlı tacir də bu bölgənin xalçaları-
nı tanıdır, Şeytanbazarda onların satışını təşkil
edirdi.”
Həmsöhbətimizin sözlərinə görə, o dövrdə ən
məşhur xalça Borçalının Arıxlı kəndində toxu-
narmış. Az sayda toxunan bu bənzərsiz xalçala-
rın yerliyi qırmızı rəngdə olar, onlara türk naxış-
ları vurularmış. Təəssüf ki, vaxtilə çox qiymətli
olan Arıxlı xalçalarına indi heç muzeylərdə belə
rast gəlmək mümkün deyil.
Borçalıda yetişdirilən qoyun cinsləri parlaq-
yunlu olduğu üçün bu yunlardan toxunan xal-
çalar da əlvanlığı ilə fərqlənirdi. Tiflisdə Saburta-
lanın Cırdaxan məhəlləsində də müxtəlif ölçülü
xalçalar toxunurdu. Buranın sakinləri əslən To-
vuzdan köçənlərdir. Tiflis yaxınlığındakı Sxaldi
kəndində yaşayan azərbaycanlılar isə yalnız zili
toxuyardılar:
“Bu zililərə “Aynalı zili” deyirlər. Həmin zili-
lərdən biri mənim kolleksiyamdadır. Nəzərli,
Kosalı kəndlərində isə əsasən “Zeyvə” çeşnili
xalçalar toxunurdu. O xalçaların ölçüləri 9, 10 kv.
m. olurdu. Borçalının Faxralı kəndində isə 1-2
1
1...,84,85,86,87,88,89,90,91,92,93 95,96,97,98,99,100,101,102,103,104,...204