86
—Muzeyiniz, burada qorunub saxlanan xalçalar haq-
qında məlumat verərdiniz...
— Bizim muzeydə də böyük əziyyət bahasına ərsəyə
gəlmiş min bir rəngli xalçalar qorunub saxlanılır. Mu-
zeyimiz 1997-ci il dekabrın 10-da Naxçıvan Muxtar Res-
publikası Ali Məclisi sədrinin xüsusi göstərişi ilə açılıb.
İlk vaxtlar muzeydə 377 eksponat var idi. Bundan da 123-
ü xalça idi. Hazırda isə 500-dən artıq eksponatımız var.
Onlardan 324-ünü xovlu və xovsuz xalçalar təşkil edir.
— Naxçıvan xalçalarının semantik həlli, naxış kom-
pozisiyası başqa regionların xalçalarından nə ilə
fərqlənir?
— Əsasən toxunma texnologiyasına görə fərqlənir.
Naxçıvan xalçaları qalın toxunsa da, ilmə sıxlığı çox de-
yil, 35x35 və ya 40x40-dır. Bu cəhətinə görə xalçalarımız
Qarabağ xalçalarına oxşayır. Amma sıxlığının az olması-
na baxmayaraq, xalçalarımız davamlı olub. Bu da Nax-
çıvanın sərt iqlimi ilə əlaqədardır. Naxçıvan xalçalarının
bir fərqləndirici cəhəti də onların uzunsov toxunmasıdır.
Bizim xalçaların bir üstünlüyü də var. Qədimdən Nax-
çıvanda və Ordubadda xüsusi boyaqxanalar olub. İplər
heyvan və bitki mənşəli boyaqlarla — təbii rənglərlə bo-
yanıb. Xalçalarımızın naxış baxımından digər bölgələrin
xalçalarından xüsusi bir fərqi yoxdur. Xalçaların toxu-
nuşunda həndəsi fiqurlar, antropomorf, zoomorf, nəbati
naxışlardan istifadə edilib. Amma Naxçıvan xalçalarının
başlıca xüsusiyyəti onların üstündəki ensiz zolaqlar-
dır. Bu zolaqlar mədaxilləri təşkil edir. Cecimlərimiz də
fərqlənir. Cecimlər, daha çox, Naxçıvanda və Ordubad-
da toxunub. Ordubadda ipəkçilik də geniş yayılmışdı.
Cecimlər üfüqi və şaquli zolaqların növbələşməsi ilə to-
xunurdu. O vaxtlar bu xalçalar ipəkdən toxunurdı və o
qədər zərif olurdu ki, qumaşı xatırladırdı. Palaz və kilim
isə əsasən Naxçıvanda toxunardı. Kültəpədə arxeoloji
qazıntılar zamanı iy uclarının, gil cəhrələrin qalıqları ta-
pılıb. Bu da sübut edir ki, ta qədimdən burada xalçaçılıq
sənəti mövcud olub.
— Bəs indi Naxçıvanın hansı rayonlarında xalça toxu-
nur?
3
2
1
1...,78,79,80,81,82,83,84,85,86,87 89,90,91,92,93,94,95,96,97,98,...204