91
cüstan ərazisindəki azərbaycanlılar çox
xalça toxuyardılar. Atam xalçaları Gürcüs-
tanın şəhər və kəndlərindən alırdı. Onlar-
dan ən gözəllərini isə öz kolleksiyası üçün
saxlayardı. Bir dəfə atam bir gürcünün
evində XVII əsrə aid Qarabağda toxunan
vərni görür. Nə qədər dil töksə də, vərni
sahibi onu satmır. Çox get-gəldən son-
ra vərnini ala bilir. Amma əfsuslar olsun
ki, həmin vərnini atamdan oğurlayıblar,
indi o, məndə yoxdur. Atamın kolleksiya-
sı mənə qalıb. Xalçanı atam mənə sevdirib.
Xalçanı, həm tariximizi, mədəniyyətimizi
yaşadan, həm də atamdan qalan bir miras
kimi çox sevirəm.”
Şeytanbazar əcnəbilər arasında da
məşhur idi. Müsahibimiz o dövrdə Şeytan-
bazarda Borçalı xalçalarına xüsusi dəyər
verildiyini, azərbaycanlı xalça tacirlərinin
adla tanındığını deyir:
“Şıxıyev, Cəlalov, Əhmədov qardaşları,
Hacı Məhəmməd Rzazadə, V. Nəsibov ki-
mi tacirlərin Şeytanbazarda xüsusi xalça
dükanları var idi. Onların dükanlarında
əsasən Azərbaycan xalçaları satılardı.
Digər azərbaycanlı xalça tacirlərindən
Tiflisdə — Şeytanbazarda Eldar, Em-
zar, Əliqulu qardaşları, Vaqif İsfahanlı,
Məhəmməd Bayramov, Zahid, Baskaldan
Məmmədağa, Qoçulu kəndindən Abbas,
Arıxlı kəndindən Sabir, Tahir, Həsənxocalı
kəndindən Mehdi, Sünbül xanım, Saraclı-
dan Kazım, Ortaçaladan Zahid Qocayev,
Elton Məmmədov, Zahid Bayramovun adı-
nı çəkə bilərəm. Arıxlı kəndində yaşayan
h
y
3
2
1...,83,84,85,86,87,88,89,90,91,92 94,95,96,97,98,99,100,101,102,103,...204