82
- Quba xalçaları digər bölgələrin xalçalarından hansı cəhətlərinə
görə fərqlənir?
- Qubanın tarixi nə qədər qədimdirsə, xalçalarının da tarixi bir o
qədər qədimdir. Elə xalçalar var ki, onların hansı kənddə, kimlər
tərəfindən toxunduğu məlum deyil. Qımıl kəndində “Xovlu qı-
mıl”, “Xonçalı qımıl” xalçaları toxunur. Orada yaşayan əhalinin
məşğuliyyəti, təsərrüfatı, adətləri o xalçaların naxışlarında öz əksini
tapır. Çiçi kəndində də eyniadlı xalçalar toxunur. Naxışları alça
çiçəyinə bənzəyənlər “Alçagül çiçi”, xırda güllərə oxşayanlar “Xır-
dagül çiçi”, insan qolunu xatırladanlar isə “Qollu çiçi” adlandırılır.
Bəzən də xalçaların üstündəki naxışlar hər toxucu tərəfindən bir cür
izah olunur. Elə xalçaçılar var ki, savadından, biliyindən asılı olma-
yaraq, çox gözəl xalçalar toxuyur, mükəmməl sənət əsəri yaradırlar.
Çünki xalça onu toxuyan insanın qəlbinin, ruhunun təcəssümüdür.
Xalçalarımızın əsas özəlliyi onların toxunuşu zamanı tünd, xüsusən
də qara və sürməyi rənglərdən istifadə olunmasındadır. Bəzən,
sifarişçilər evlərinin dizaynına və zövqlərinə uyğun olaraq açıq rəngli
xalça istəyirlər. O zaman biz onların istəyini nəzərə alaraq xalçaları-
mızda açıq rənglərdən də istifadə edirik. Amma Quba xalçasının əsas
xüsusiyyəti onun rənginin tündlüyü, elementlərinin xırdalığı, rəng
çalarının çoxluğu və sıxlığıdır. Azərbaycanın başqa yerlərində Quba
xalçaları toxunsa da, məncə, bu xalçaların əksər alıcıları məhz Qu-
baya gəlirlər. Elə xalçalarımız var ki, yarımçıq toxunub. Toxucu onu
səhv toxuduğu üçün xalçanı elə yarımçıq bağlayıb, kəsməyə məcbur
olmuşuq. Biz bu xalçaları keyfiyyətsiz sayırıq, xarici vətəndaşlar bu
xalçaları almaq istəyəndə isə təəccüblənirik. Onlar öz seçimlərini
belə izah edirlər ki, xalça səlis, tam simmetrik toxunarsa, onun əl ilə
toxunduğu bir o qədər də bilinmir. Amma xalçada bir səhv, qeyri-
mütənasiblik varsa, demək bu, təmiz əl işidir.
1. Xalça. “Herat Pirəbədil”. Yun. Xovlu. 125x100. XIX əsrin ortaları. Quba qrupu.
Azərbaycan.
2. Xalça. “Quba”. Yun. Xovlu. 186x127. XIX əsrin əvvəlləri. Quba qrupu. Azərbaycan.
3. Xalça. “Mollakamallı”. Yun. Xovlu. 180x135. XX əsrin əvvəlləri. Quba qrupu.
Azərbaycan.
1.
1...,74,75,76,77,78,79,80,81,82,83 85,86,87,88,89,90,91,92,93,94,...204