93
kv. m-lik xalçalar toxunardı. Bunların da əksəriyyəti
namazlıq xalçalar idi. Burada yaşayan əhalinin bir
hissəsi sonralar İrəvanın Loru mahalının Vorontsov-
ka (Kalinino) rayonuna, Cücəkəndə köçüblər. 1980-ci
illərin sonlarında Ermənistandan azərbaycanlıların
kütləvi qovulması zamanı oranı da tərk ediblər. Ha-
zırda onlar Şamaxıda məskunlaşıblar.”
Atasının xalça kolleksiyasını bu günə kimi qoruyub
saxlayan və onu daha da zənginləşdirən müsahibi-
miz 1991-ci ildən Bakıya köçüb. Onun kolleksiyasında
Azərbaycanın hər bölgəsinə aid qədim, nadir xalçala-
ra rast gəlmək mümkündür:
“Kolleksiyamda Şirvan, Quba, Borçalı, Qarabağ xal-
çaları üstünlük təşkil edir. Əsasən əntiq xalçalar sax-
layıram. Azərbaycanda çətin də olsa, qədim xalçalar
tapmaq mümkündür. Borçalıda isə belə xalçalar artıq
qalmayıb, təzələri toxunur. Hazırda Borçalıda toxu-
nan xalçaları naxışlarından tanımaq olur. Məsələn,
Arıxlının, Ləmbəlinin, Qaraçöpün özünəməxsus na-
xışları və rəngləri var. Ona görə də bu xalçalar daha
çox diqqət cəlb edir. Elə xalçalar var ki, onlar daha to-
xunmur. Mən Borçalı və Quba xalçalarından bəzilərini
— “Pirəbədil”, “Çiçi”, “Qaraçöp” xalçalarını qədim
çeşni əsasında yenidən toxutdurmuşam. Bu qədim
çeşnilərin, naxış və ornamentlərin itməsini istəmirəm.”
Telman Əhmədov atasından yadigar qalan bu
xalçaları göz bəbəyi kimi qoruyur. Ondan sonra da bu
nadir sənət nümunələrini onun övladları qoruyacaq.
Yeddi yaşlı nəvəsi isə kolleksiyada olan bütün xalça-
ların adlarını əzbər bilir. O da böyüyüb babası kimi
bu gözəl xalq sənətini, əntiq xalçaları, qədim çeşniləri,
zəngin türk naxış və ornamentlərini yaşadacaq.
1.
Xalça. Yun. Xovlu. 300x190. 1930-cu il.
Bakı qrupu. Azərbaycan.
2.
Xalça. Yun. Xovlu. 230x150. 1910-cu il.
Gəncə qrupu. Azərbaycan.
ç
2
“My father made me love carpets”
Résumé
This article reveals the opinions of carpet trader Telman Ahmadov about Azerbaijani carpet wea-
vers living in Georgia and their work. Ahmadov is originally from Georgia, but lives in Baku. He talks
about the specific features, including color shades, composition solutions, and technical indicators of
Azerbaijani carpets woven in Georgia.
«Любовь к коврам привил отец»
Резюме
Родом из Тбилиси, но проживающий в Баку продавец ковров Тельман Ахмедов рассказал в
статье о живущих в Грузии азербайджанских ковроткачах и их деятельности, об особенно-
стях ковров, ткущихся там, а именно: цветовых оттенках, композиционном решении, техни-
ческих показателях.
1...,85,86,87,88,89,90,91,92,93,94 96,97,98,99,100,101,102,103,104,105,...204