112
Giriş
Şərqxalçalarınınelmi şəkildə tədqiqedilməsinə
səksən il əvvəl başlanmışdır. Material toplanma-
sı başa çatdıqdan sonra bumaterialların təsnif və
tədqiq edilməsi dövrləri başlamışdır. Beləliklə,
zəngin bir ədəbiyyat meydana gəlmişdir. Bu
gün bəzi sahələrdə həmin tədqiqatlar o qədər
inkişaf etmişdir ki, artıq xalçaçılığın inkişaf
mərhələlərinin ana cizgilərini görə bilirik. Buna
baxmayaraq, bəzi məsələlər indinin özündə
də cavabsız qalır. Xüsusən də türk xalçaları
barəsində bilmədiyimiz bir çox mətləblər var.
Türk xalçalarının tarixi nəyə görə kifayət
qədər araşdırılmamışdır? Bunun səbəbi heç də
tədqiqat materiallarının qıtlığı deyil. Əksinə,
əlimizdə olan qədim türk xalçalarının sayı İran,
Hindistan, Misir, İspaniya xalçalarının sayından
çoxdur. Bunun başqa səbəbləri var. Xalçaşünas-
lıq elminin əsası Qərbi Avropa və Şimali Ameri-
kada qoyulmuşdur. İndinin özündə belə həmin
sahənin ən qabaqcıl mütəxəssisləri qərblilərdir.
Türk tədqiqatçıları indiyədək bu sahəyə çox
az maraq göstərmişlər. Qərbi Avropa və Şi-
mali Amerikadan olan mütəxəssislərə isə İran
xalçalarını araşdırmaq türk xalçalarını tədqiq
etməkdən daha cəlbedici görünmüşdür. Qərb
tədqiqatçıları hələ XVI əsrdə Kaşan və Təbriz
xalçaçılıq emalatxanalarında toxunmuş zəngin
ornamentli xalçaları xüsusi heyranlıqla qarşıla-
yırdılar. Əksər hallarda İran xalçalarının şöhrəti
türk xalçalarını kölgədə qoyurdu. Lakin bu nə
doğru, nə də haqlı idi.
Xalça toxuculuq məmulatıdır. Buna görə də
onu toxuculuq prizmasından dəyərləndirmək
lazımdır. Səfəvi xalçalarının ən gözəl nümu­
nə­lərinin araya-ərsəyə gəlməsində əsas rol oy-
nayan toxuculuqla miniatür sənətinin sintezi,
əslində, toxuculuq baxımından əlverişli deyil.
Vyana ov xalçaları kimi şedevrin qarşısında kim
heyranlığını gizlədə bilər? Amma xalçanın orta-
sında ovçu, bir sürü heyvan təsvirinin nə işi var?
Bu tipli xalçaların ayaq altına sərilməməsi, ota-
ğın düz ortasında yerləşdirilməsi faktına bax-
mayaraq, sualımız məntiqlidir. Rəsm əsəri və
döşənəcək ayrı-ayrı qanunlara tabedir və onları
sintez etmək mümkün deyil.
Xovlu xalçaların 2 min ildən artıq tarixi vardır.
Bu uzun inkişaf dövrünün bütün səhifələrini
izləyə bilməyəcəyik. Dəqiq bildiyimiz bir fakt
var: XVI və XVII əsrlərdə müşahidə olunan
ən parlaq xalçaçılıq dövrü bu iki min illik tari-
xin, sadəcə, kiçik bir hissəsini təşkil edir. Çox
gözəl nəticələr verməsinə baxmayaraq, xalça-
çılıq sənəti ilə miniatürçülüyün sintezi dövrü
xalçaçılığın sonrakı inkişafının qarşısına sədd
çəkmişdir. Şərq xalçaçılığı tarixi İran xalçaçılığı-
na görə saf-çürük edilsə, bu, zəruri olaraq ağır-
lıq mərkəzlərinin yerdəyişməsinə, bu sahənin
inkişaf mənzərəsinin gerçəyə uyğun olmayan
bir şəkil almasına səbəb olar. Türk xalçaçıları
heç vaxt iranlı həmkarları qədər miniatürçülüyə
xüsusi meyil göstərməmişlər. Buna görə də türk
xalçaçılığının inkişafı daha sabit olmuşdur. Türk
xalçaçılıq ənənələrinə xidmət edən ikinci dərəcəli
amillər daha sağlam olduğuna görə, bu sahə
XVIII əsrdəki tənəzzülə daha yaxşı sinə gərmiş
və öz mövcudluğunu XIX əsrə qədər qoruya
bilmişdir. Bu günün özündə belə Anadolunun
bəzi bölgələrində qədim xalçaların gözəlliklərini
əks etdirən xalılar yaradılmaqdadır. Başqa
bölgələrdə isə böyük sevgi və məharətlə qədim
xalçaçılıq nümunələrini bərpa edirlər. Əldə
olunan nəticələrin heç də hamısı qənaətbəxş
olmasa da, bütün bu proseslər, heç olmasa,
ənənənin qorunmasına dəlalət edir. Türk xal-
çaçılığının XIII əsrdən XX əsrədək davam edən
inkişafı dövründə müşahidə olunan bu sabitliyi
əsas tutaraq demək olar ki, elmi araşdırmalar-
da İran xalçaçılığının deyil, türk xalçaçılığının
əsas götürülməsi daha düzgün yanaşma olardı.
Onda bu sahədəki mənzərə daha aydın olardı.
Şərq xalçaçılığı tarixinin öyrənilməsində türk
xalçaçılıq ənənələrinin baza nöqtəsi kimi qəbul
edilməsini zəruri edən daha mühüm amillər var.
Xalçaçılığın vətəni 30-cu və 45-ci Şimal en
dairəsi aralığında bütün Asiyanı əhatə edən
ərazilərdir. 30-cu dairədən Cənubda həsirdən
istifadə olunur, 45-ci en dairəsindən Şimalda
isə meşəlik zona üstünlük təşkil edir, yəni əsas
döşənəcək vasitəsi heyvan dərisidir. Arada qa-
lan 15 dərəcəlik xalçaçılıq zonasının Şərq hissəsi
keçə, Qərb hissəsi isə xovlu xalça zonası sayılır.
Bu gün bizə məlum olan ən qədim xovlu xal-
çalar Şərqi Türküstanda toxunmuş xalılardır.
Bunlar özlüyündə çox kiçik fraqmentlər olsa da,
artefakt sənədi kimi böyük əhəmiyyət kəsb edir.
Vəziyyətlərinə görə onların miladdan əvvəl
VI-III əsrlərə aid olduğu təxmin edilir. Deməli,
həmin dövrdə xovlu xalçaçılıq texnikası bəlli
idi. Şərqi Türküstanda əldə olunan nümunələrin
heç də ibtidai artefakt olmaması onu deməyə
əsas verir ki, əslində, xovlu xalça istehsalı tex-
nikasının tarixi bu nümunələrin aid edildiyi
dövrdən də əvvələ gedib çıxır. Şərqi Türküs-
1...,104,105,106,107,108,109,110,111,112,113 115,116,117,118,119,120,121,122,123,124,...148