111
A
zərbaycan xalçaları” elmi-bədii jurnalı ölkənin mədəni həyatında ilk dəfə ola-
raq yeni, çox mühüm bir layihənin həyata keçirilməsini qərara almışdır. Belə ki,
ümumiyyətlə, xalçaçılıq, o cümlədən Azərbaycan xalçaçılığı haqqında dünyada möv-
cud olan tədqiqatların, kitab və monoqrafiyaların kataloqu tərtib edilir, onların ən
mühümlərinin tərcümə edilərək Azərbaycan oxucularına çatdırılmasına başlayırıq. Bu
tərcümələrin əhəmiyyətini nəzərə alaraq, gələcəkdə jurnalımızın kitabxanasını yarat-
mağa və onların ayrıca kitab kimi nəşrinə də çalışacağıq. Oxucularımıza təqdim etdiyi-
miz ilk kitab tanınmış xalça tədqiqatçısı Kurt Erdmanın “XV əsr türk xalısı” kitabıdır.
Bu kitab alman dilindən türk dilinə çevrilərək 1957- ci ildə İstanbulda nəşr edilmişdir.
Azərbaycan dilində təqdim olunan kitab həmin nəşr əsasında hazırlanmışdır.
Kurt Erdmanın kitabı türk xalçaçılığının tarixinin öyrənilməsi sahəsində diqqətəlayiq
nəşrlərdəndir. Müəllif kitabında XV əsr türk xalçaçılığının tarixini öyrənmək üçün xü-
susi metod tətbiq etmiş, əvvəlcə XIII-XIV və XVI-XVII əsrlərdə xalçaçılığın vəziyyətini
araşdırmış, sonra bu iki mərhələ arasında keçid dövrü olan XV əsrə nəzər salmışdır. Bu
kitabda Azərbaycan xalçalarının da tarixini öyrənmək üçün xeyli faktlar və müəyyən
mülahizələr vardır. Lakin bir fikri xüsusi vurğulamaq istərdik ki, kitabda müəyyən
mübahisəli və Azərbaycan tarixçiliyi baxımından yanlış fikirlər də vardır. Müəllif
Azərbaycanın şimalında toxunan xalçaları Qafqaz, cənubunda toxunan xalçaları isə İran
xalçaları kimi araşdırır. Səfəvilər dövləti İran dövləti kimi öyrənilir və s. Ona görə də bü-
tün müsbət cəhətləri ilə birgə, kitabda bu və digər müddəalara tənqidi yanaşılmalıdır.
1...,103,104,105,106,107,108,109,110,111,112 114,115,116,117,118,119,120,121,122,123,...148