Yazın ilk səhəri açılır, sübh tezdən axar çaya, bulağa
gedər, yaxşı-yaxşı yuyunarlar ki, qada-bəla, qorxu-
ürkü sularla getsin. Ürəklərdə neçə-neçə dilək tutan
qız-gəlinlər, oğlanlar-cavanlar, ahıllar niyyət eləyib
su üstündən tullanar, “ağırlıqlarını suya tökər”,
yüngülləşərlər.
Bayram şənliyinin gedişində el-oba igidləri
hünərlərini göstərərlər, pəh­ləvan­lar qurşaq tutar,
güclərini sınayarlar, ərən­lər kəhərə atlanar, at çapar,
cıdır təşkil edərlər, ox atıb yarışarlar; pəhləvanlar, daş
qaldıranlar məharətlərini nümayiş etdirərlər.
Xan çinarlardan, əzəmətli palıdlardan yelləncəklər
asılar, açıqlıqlarda dirə­döy­mə oyunundan ötrü cı-
zıqlar çəkilər. Bir də görürdün baharın vurğunu olan
uşaqlar qarğıdan hərəsi bir “at” düzəldib, o tərəf-bu
tərəfə çaparaq günəşi səsləyərdilər: “Gün buralara,
kölgə dağlara, gün buralara, kölgə dağlara”. “Çi-
linq-ağac”, “Mərə-mərə”, “Ənzəli”, “Papaqaldıqaç”
uşaqların sevimli oyunlarından olub. Maraqlı tama-
şalardan biri də kəndirbazlıq idi. Bunun üçün bö-
yük meydançalarda bir-birindən müəyyən məsafədə
çarpaz ayaqlar qurardılar, bunlar da tarım çəkilmiş
möhkəm kəndirlə birləşdirilərdi. Kəndirbaz əlində
uzun bir ağac (ləngər və ya pərdi) kəndirin üzərində
zurna va nağaranın müşayiəti ilə rəqs edər, müxtəlif
hərəkətlər göstərərdi. Kəndirbazın "Keçəpapaq" adla-
nan köməkçisi aşağıda məzəli hərəkətləri, atmacaları
ilə camaatı əyləndirər və güldürərdi.
Novruzun ilk günü, ilk səhəri yetişəcək qırmızı-
qırmızı yumurta boyayar, sonra isə bir-bir yumurta
döyüşü başlanardı. Uşaqların daha çox sevdiyi, bu
gün də yaşayan həmin adət əyləncəli bir səhnəyə
çevrilərdi:
Xüsusi olaraq seçilmiş yumurtalar sivri və yastı
tərəfləri olmaq üzrə döyüşdürülərdi. Bunun üçün
20-25 yumurtanı qatara düzər, bir nəfər o başdan,
digəri isə bu başdan döyüşdürərdilər. Kimin yumur-
tası çox sındırsa, o da sınıqları yır-yığış eləyər, qa-
lib qəhrəmanlar kimi sevinərdi. Bu oyunda hiylə və
məharət qalib gəlir: “Sən tut, mən vurum”, “Bunu
mən tuturam, onu sən tut”, “Gəl yumurtaları dəyişib,
vuraq”, “Gəl dadışaq”, “Yox, sənin yumurtan ziyilli-
dir” və s.
Bu xalçada göllərin içərisində təsvir olunan işarələr
buludu xatırladır. Onlar "hava", "yel" anlamını verir.
Xalça. “Malıbəyli”. Yun. Xovlu. 266x141. XIX əsrin
ortaları. Qarabağ qrupu. Şuşa. Azərbaycan.
Daш yumurtam,
Daш, daш...
Baш yumurtam,
Baш, baш...
Hяci dayыnы
Yandыrdыm.
Bir sяbяtlik
yumurtasыn
sыndыrdыm.
Daш yumurtam,
Daш, daш...
64
1...,56,57,58,59,60,61,62,63,64,65 67,68,69,70,71,72,73,74,75,76,...147