63
ailədən sevinc, fərəh əskik olmaz. “Balıq bolluq
gətirər” deyib ulularımız. Ehtiyacı olanlara əl tu-
tular, evlərinə bayram sovqatı göndərilər.
Hər evdə, hər ocaqda bahar xonçasında ən
görkəmli yeri səməni tutar. Təzə-tər səməninin
şərəfinə alqışlar söylənilər, qədim mahnılar oxu-
nar:
Aчdы чiчяk, gяldi yaz,
Eylяdi quшlar avaz.
Qar цzяri sяm oldu,
Hяr tяrяf sяmsяm oldu.
Daьda чiчяk sяmsяmim,
Baьda чiчяk sяmsяmim.
Bяyaz gцlцm, naz gцlцm.
Dяrdя dяrman yaz gцlцm.
Qohum-qonşular bir-birinə səməni payı yol-
layarlar. Süfrənin tən ortasındakı səməninin
ətrafına ailə üzvlərini sayı qədər şam düzülər.
Şam köhnə ilin ömrünü başa vurduğu, təzə ilin
daxil olduğu an yandırılar. Şamın məhz belə bir
anda yandırılmasını qədim insanın səma odu
kimi baxdığı, ixtiyarındakı odu da onun yerdəki
nümayəndəsi saydığı Günəşlə bağlayırlar. Yəni
ilin təhvil olması ilə bayram süfrəsi açırlar.
Xalq adətincə, yeni il hansı bir əhval-ruhiyyə
ilə qarşılansaydı, guya eyni əhval-ruhiyyə ilin
sonuna qədər davam edərdi. Odur ki, üzlər
gülümsəyər, kini-küdurəti, qəmi-dərdi unutma-
ğa çalışardılar. Ağızlar xeyirliyə, gözlər süfrəyə,
bolluğa və gül-çiçəyə dikilərdi. Ürəklərdə xoş
niyyətlər, xoş arzular çoxalardı.
Novruz xalqımızın söz-saz, nəğmə bayramı,
insana məhəbbət bayramıdır. Bu əziz günlərdə
təptəzə paltarını geyinər ellikcə camaatımız. Ağ-
saqqallarımız, ağbirçəklərimiz gözəlcə-göyçəkcə
bəzənib-düzənərlər. Uşaqlar da, cavanlar da,
qız-gəlinlər də bayramqabağı biçilmiş al-əlvan
libaslarını geyinərlər. Subaylar özlərinə könül
həmdəmi seçər, əhd-peyman bağlayarlar. Hamı
əylənər, hamı şənlənər, “Novruz-novruz baha-
ra, güllər-güllər nübara...” deyib, onun şərəfinə
nəğmələr qoşar, əzizləyər, şadyanalıq edərlər.
Şən səslər, gülüşlər ucalar.
Novruzda səxavətin, mərhəmətin, xeyirxah-
lığın təntənəsi vardır. Umu-küsü unudular. Gi-
ley-güzara son qoyular, küsülülər barışar, yas-
lılar yasdan çıxar. Bu əziz günlərdə savaşmaz,
yalan danışmaz, qeybət eləməzlər. Bir-birinin
evinə gedərlər ki, qanqaralıq, ədavət aradan gö-
türülsün. İnsanlar bir-birilərinə qarşı daha meh-
riban, daha qayğıkeş olarlar. Adətdir Novruz
günlərində yaxın adamlar ölənlərin xatirəsini
yad edərlər.
Öz övladlarını həmişəbahar kimi təravətli, sağ-
lam görmək istəyən ata-analar bu əziz günlərdə
dünyaya göz açan körpə balalarına baharın,
qədim milli bayramımızın rəmzi olan Novruz,
Bayram, Bahar kimi xoşagəlim adlar qoyarlar.
Bu əziz bayram günlərində adamlar bir-birinə
gözaydınlığı verərlər, bir-birini təbrik edərlər,
el alqışlarına üz tutarlar: “Bayramınız mübarək,
neçə-neçə belə bayramlara çatasınız! Ömrünüz-
gününüz bahar ətirli olsun. Üzünüzə xeyirli,
nurlu sabahlar açılsın”.
Xalça. “Butalı”. Yun. Xovlu. 218x140. 1870-ci il.
Naxçıvan qrupu. Azərbaycan.
Xalçadakı buta motivləri atəşi, alovu simvolizə edir.
1...,55,56,57,58,59,60,61,62,63,64 66,67,68,69,70,71,72,73,74,75,...147