62
bu il çox bar gətirəcək. Belliklə, eyni qaydayla bar
verməyən bütün meyvə ağaclarını səksəndirib
zaminə götürərdilər. Bundan sonra ayağı sayalı, əli
bərəkətli oğlan, yaxud qız uşağı ağacın kökləri üstə
noğul, nabat, qovurğa tökər, şirin su səpərdi. Bütün
ailə sevinər, şadlıq edərdi, xeyir-bərəkət arzulayar-
dılar: "Barlı-bəhərli olsun, şirin olsun". Daha sonra
bağın bir küncündə, elə yerdə tonqal qalayardılar ki,
külək onun tüstüsünü meyvə ağaclarına tərəf apar-
sın. Deyərdilər ki, ağaclar tüstülənməsə, meyvələri
çürük və içi boş çıxar.
Məlum olduğu kimi “Avesta”nın qatlarında
Zərdüşt əkinçiliyi, bağçılğı təbliğ etmiş, yaşıllığı
gözəllik və həyat mənbəyi adlandırmışdır. “Avesta”
kitabında el şənliklərində, toy və bayram günlərində
hər adamın üç ağac əkib-becərməsi tövsiyə edilir.
Ulu Dədə Qorqud öz alqışlarında “Kölgəlicə qaba
ağacın kəsilməsin”deyə öz igidini, yurddaşını alqış-
lamış, “kölgəlicə qaba ağacın kəsilməsini” ən böyük
qəbahət, düşmənçilik kimi qiymətləndirmişdir.
Novruzda təmizliyin, gözəlliyin, sağlamlığın
təntənəsi vardır. İlin bu əziz günlərini ləyaqətlə
qarşılamaq üçün yurdumuzun hər bucağında xe-
yirxah işlər görülər, bir qayda olaraq kəndlərdə,
şəhərlərimizin küçələrində, həyətlərdə abadlıq işləri
aparılar, yollar təmizlənər, uçuq-sökük təmir olunar.
Ev-eşik silinib-süpürülər, yır-yığış edilər. Hər yerdə
səliqə-sahman yaradılar, əhənglənib ağardılar. Hər
tərəf başdan-başa çil-çırağa qərq olar. El-obada buna
“evatdı” deyərlər.
Qız-gəlinlər evlərə döşənmiş xalça-palazı yığış-
dırar, açıq havaya çıxarar, iplərə, barılara sərib toz-
torpağını çırpar, günə verər, deyərlər ki, qoy yel-
hava dəysin, qoy hamı görüb şadlansın, istəməyənin
gözünə tikan olub batsın.
Müqəddəs Novruz axşamı çoxlu ayinlər,
mərasimlər keçirərlər. Qapı pusmaq, qapı-
qapı gəzib papaq atmaq, bacalardan şal salla-
maq dədə-babadan qalma adət idi. Ustad şair
Şəhriyar bu ulu adəti belə vəsf etmişdir:
Bayram idi, gecяquшu oxurdu,
Adaxlы qыz bяy corabы toxurdu,
Hяr kяs шalыn bir bacadan soxurdu,
Ay nя gюzяl qaydadыr шal sallamaq,
Bяy шalыna bayramlыьы baьlamaq.
Ev sahibi bacadan içəri sallanan şalın ucuna
qırmızı yumurta, ləbləbi, qovurğa, qoz, fın-
dıq, kişmiş, iydə, innab, badam, püstə, qaysı,
qax... daha nələr bağlayardı. Bəzən şal ağır
gələrdi. Çünki niyyətləri hasil olan nənələr,
analar, gəlinlər şala bir cüt qotazlı corab, ətirli
sabun, əl dəsmalı və ya başqa şey qoyardılar,
həm də ki, pay verəndə qohum-qonşuya həmişə bol-
luq arzular, var-dövlət diləyərdilər.
“Qulağa getmə” adəti cavan oğlan və qızların
niyyətlərini, bəxtlərini sınamaq məqsədi güdmüş,
yeni ildə pusduğu evdən xeyirxahlıq ifadə edən
sözlər eşitmək mənasını daşımışdır. Adətə görə,
“qulağa gedən” şəxs pusduğu evdən könül oxşa-
yan, xoş bir söz eşitsəydi, şad olacaq, niyyəti yerinə
yetəcəkdi. Buna görə də hamı həmin axşam yalnız
yaxşı şeylər barədə danışmağa çalışar, bəd söz dilinə
gətirməz. Deyərlər: “Novruzda gülən ilboyu gülər”.
Evlərdən ulu babalarımızın, ulu nənələrimizin öyüd-
nəsihəti eşidilər.
Novruz axşamında kefsiz olmaq, nalayiq hərəkətlər
etmək, şərab içmək, pis danışmaq olmaz. “El-obanın
xeyir günündə şər danışmaq Allaha xoş getməz”,
deyərlər. Ona görə ki, bu əziz gündə insanın hər
əməli, istəyi, fikri, davranışı təzələnir, ruhu yüksəlir.
Adətəgörəbayramaxşamı nişanlı qızlarınadınaoğ-
lan evindən Novruz sovqatı – bəzəkli xonçalar gedər,
sevinc payı yola salınar. Bir də görürdün al-əlvan ge-
yinmiş qadınlar, qız-gəlinlər allı-güllü, saçaqlı tirmə
şalla örtülü xonçalar aparırlar. Hamının nəzəri onla-
ra tərəf çevrilir... Bayramda xonça göndərmək adəti
bu günə kimi də davam etməkdədir. Şər qarışanda
atəşfəşanlıq başlayar, meydanlarda, həyətlərdə ton-
qallar çatardılar. El bayram süfrəsi başına toplaşar,
dünyada nə ki ağız şirin eləyən (qoğal, paxlava,
şəkərbura, şəkərçörəyi, badambura, bamiyə, külçə,
fəsəli, telhalvası, qozlu, fındıqlı halva, qurabiyə) naz-
nemətlər, var süfrəyə qoyular, ətirli şərbətlər, şirniy-
yatlı, noğullu-nabatlı, çərəzli xonçalar, rəngbərəng
yumurtalar düzülər. Plov qazanlarının ağzı açılar,
qohum-qonşuya pay çəkilər. Bayram süfrəsini ba-
lıqsız təsəvvür etmək çətindir. Süfrədə balıq olsa, o
Xalçalardakı çarx elementi yel mənasını verir.
Xalça. “Qollu-Çiçi”. Yun. Xovlu. 174x127.
XIX əsrin sonları. Quba qrupu. Azərbaycan.
1...,54,55,56,57,58,59,60,61,62,63 65,66,67,68,69,70,71,72,73,74,...147