61
Yazыn ilk mцjdячilяri
Qədim xalq əfsanəsində deyilir ki, Novruzun ilk
sorağını çiçəklərin ən zərifi olan novruzgülü torpa-
ğın nəfəsi ilə isinərək qarın altından baş qaldırıb incə
bir səslə: “Bahar gəlir!, Bahar gəlir!” deyə sevinclə
bildirir. Həyatın, sevincin doğuluşundan xəbər verən
boynubükük bənövşə, yarpız, nərgiz də novruzgülü
kimi hamını muştuluqlayır. Uşaqların, cavanların
həyatında yeni bir gün başlayar – “Bənövşə günü”.
Üz tutarlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə,
güney yamaclarına, bulaqların yan-yörəsinə min
bir həvəslə gül-çiçək toplayarlar. Qız-gəlinlər
tellərinin uclarına bənövşə düzər, yaxalarına
bənövşə taxar, saçlarına minbir rəngli, minbir
ətirli çiçəklərdən çələng hörərlər. Bənövşədən
dəstə tutub “yaz nübarı”dı deyə ana və bacıla-
rına, qohum-qonşuya paylayar, nişanlı qızları
sevindirər, şənlik edər, mahnı oxuyarlar:
Boynubцkцk bяnюvшяm,
Kюnlц sюkцk bяnюvшяm.
Qar цstцndяn boylanan,
A dяrdlяrя haylanan
Yaz яtirli bяnюvшяm.
Bяyaz яtirli bяnюvшяm.
... Yazın ilıq mehini duyan köçəri quşlar ge­ri
qayıdar. Ağacları, damları quş yuvaları bəzə­
yər. Evlərin taxtapuşunda, eyvanında baharın
ilk müjdəçisi şanapipiyin, qaranquşun, hacı­
leyləyin, alacəhrənin cəh-cəhi, civiltisi-nəğməsi
eşidilər. ...
Иlin яziz gцnlяri...
Yazın gəlişi ilin əziz günlərinin gəlişidir. İlin
əziz günləri də elin əziz günləridir, elin şənliyi,
bayramıdır. Elimiz-obamız əziz günləri sevinc
və fərəhlə qarşılamağa hazırlaşardı:
Novruz gяlir, yaz gяlir,
Nяьmя gяlir, saz gяlir.
Baьчalarda gцl olsun.
Gцl olsun, bцlbцl olsun.
Adətə görə novruzlu günlərdə ulu babaları-
mız hər bir ailə üzvünün adına ağac əkər, gül-
çiçək yetişdirər, meyvə bağı salardılar. Dağ-
dağətəyi yerlərdə isə aprel ayını əvvəldən axıra
qədər yaşlı işıq ayı hesab edərdilər.
Əski inamlara görə Novruz günü el-oba
ara­sında ağacların bar gətirməsi üçün onları
zaminə götürmə adəti geniş yayılmışdı. Elə ki
Novruzun topu atıldı, səhər erkən meyvə ağac-
larının yanına gələrdilər. Ağacları qorumaq
məqsədi ilə bir nəfər əlinə balta və yaxud dəhrə
alıb özünü elə göstərərdi ki, guya ağacı kəsmək
istəyir. Bu zaman elin ağsaqqalı ona yaxınlaşıb
soruşardı: "De görüm nə etmək istəyirsən, ağacı
niyə kəsirsən?" – "Bəhər gətirmir," - deyə birinci
şəxs cavab verərdi.
Ağsaqqal məsləhət görərdi ki, - gəl sən bu
ağa­cı kəsmə, mən onu zamına götürərəm,
Ana haşiyə zolağı şərti olaraq “ocaq” adlanan həndəsi
elementlə bəzədilib.
Zili. Yun. Xovsuz. 215x162. XIX əsrin sonları.
Qazax-Borçalı qrupu. Azərbaycan.
1...,53,54,55,56,57,58,59,60,61,62 64,65,66,67,68,69,70,71,72,73,...147