139
Rüstəmova Qaragilə Boran qızı - 1950-ci il.
Beyləqan rayonu, Tatalılar kəndi.
“Toxumağı rəhmətlik anam Hacıyeva Gülnisə Aslan qı-
zından (1922-1993) öyrənmişəm. O, ömrünün sonunadək
xalça toxudu. Bu sənət onu yaşadırdı. Evimizdə həmişə qu-
rulu hana olardı; ipləri özümüz hazırlayardıq. Sonra onları
boyaqçıya boyadıb hanadan asar, gəbə, palaz toxuyardıq”.
Şahverdiyeva Sitarə Nəcəf qızı – (1900-1999).
Laçın rayonu, Minkənd kəndi.
Həmkəndlilərinin dediklərindən: “Sitarə nənə xalçaçı-
lığı məşhur toxucu olan xalasından öyrənmişdi. Sonralar
o da öyrəndiklərini ustalıqla mənimsəmiş, peşəkar toxu-
cu olmuşdu. O, toxuduqlarının bir qismini qohumlarına
hədiyyə etmişdi”.
Səfiyeva Şəhri Seyid Miriş qızı - 1933-cü il.
Ağcabədi rayonu, Arazbar kəndi.
“Toxumağı anam İbrahimova Şirin İsmayıl qızından
öyrənmişəm. Onun gözəl əl qabiliyyəti vardı. Çoxlu
xurcun, məfrəş, yer hanasında cecim, gəbə, palaz toxu-
yardı. Anamla bərabər çoxlu palaz, gəbə toxumuşuq.
Toxuduqlarımdan bir neçəsini övladlarıma hədiyyə
vermişəm”.
1...,131,132,133,134,135,136,137,138,139,140 142,143,144,145,146,147,148