135
ı
Abdullayeva Rəfiqə Talıb qızı - 1951-ci il.
Kəlbəcər rayonu, Daşbulaq kəndi.
“Kənddə qoyun saxlayardıq, atam qoyunlarımızın yun-
larını qırxıb mənə verərdi. Mən də yunu yuyub- təmizləyər,
daraqda darayar, cəhrədə əyirib kələf edərdim. Sonra da
atam ipləri Kəlbəcərdə boyadardı. Boyanmış iplərdən
“Çələbi”, “Göllü” gəbələri toxuyardım. Dolanışığın çətin
vaxtlarında atam əl işlərimizi rayon bazarında satardı".
Ələkbərova Şöhlət Şükür qızı - 1943-cü il.
Xocalı rayonu, Kosalar kəndi.
“Toxuculuğun sirlərini anam Qəmərdən öyrənmişəm.
Rəhmətlik Qəndab nənəm də xalçaçı olub, əsasən yeddi
metr uzunluğunda yun gəbələr toxuyar, əl işlərinin bir qis-
mini qızlarına cehiz verər, bəzilərini də Ağdam bazarında
satardı. Mən isə ipi özüm əyirir, sonra kələf eləyib Şuşada
boyaqçı Qəmbər kişiyə boyatdırar, kilim, gəbə toxuyardım.
Bacım Şövkətlə (1948-1992) birlikdə də çoxlu gəbə, kilim
toxumuşam".
Bəylərova Şəfiqə Ədil qızı - 1939-cu il.
Cəbrayıl rayonu.
“Anam mənə ilmə, naxış vurmağı, ipi necə əldə etmə­
yi öyrədib. Atam qoyunlarımızın yununu qırxdıqdan
sonra mən yunu yuyar, təmizləyib qurudardım. Təmiz
yunları daraqda darayıb, cəhrədə əyirərdim. Son-
ra atam ipi boyaqçıda boyatdırardı. Evdə hana qurub
anamla bərabər gəbə toxuyardım”.
1...,127,128,129,130,131,132,133,134,135,136 138,139,140,141,142,143,144,145,146,147,...148