137
Qasımova Qaratel Nəsir qızı (1940-2007).
Ağdam şəhəri.
Məşhur xalçaçılardan olmuşdur. Əsasən xalça, palaz to-
xuyan Qaratel nənənin bacısı Qasımova Gülxarın da to-
xuduğu xalçalar indi dillər əzbəridir. Q.Qasımovanın qızı
- Ağdam rayonunda anadan olmuş Qasımova Siyatel Əliş
qızı (1960) bu sənətin davamçısı olmuş, 1985-ci ilədək Ağ-
dam xalça fabrikində çalışmışdır.
Namazova Tənzilə Dadaş qızı – (1887-1999).
Füzuli rayonu, Gorazallı kəndi.
Həmkəndlilərinin dediklərindən: “Tənzilə nənənin əl
işləri məşhur idi. Onun bu sahədə mükəmməl biliyi var-
dı. Məsələn, köhnə xalçalarda, kilimlərdə, xurcunlarda əks
olunan işarələri, naxışları bir-bir izah edərdi. Köhnə naxış-
ları öz əl işlərində ustalıqla istifadə edərdi”.
Lələyeva Şəndi Şahbaz qızı - 1930-cu il.
Xankəndi rayonu, Kərkicahan qəsəbəsi.
“Nənəm Nəcəfova Sərəncam peşəkar toxucu idi. O
bu sənəti öz nənəsindən öyrənmişdi. Mən də nənəmin
davamçısıyam. Həyətyanı təsərrüfatımızda xeyli qo-
yun-quzu saxlayardıq. Onların yununu qırxar, yuyub
təmizləyər, daraqda darayar, cəhrədə əyirib ip hazırla-
yardıq. Ağdam rayonunda yaşayan Həmid kişidən aldı-
ğımız boyaqlarla mis qazanlarda boyayardıq. Müxtəlif
palazlar, cecimlər toxuyardıq”.
1...,129,130,131,132,133,134,135,136,137,138 140,141,142,143,144,145,146,147,148