136
Həsənova Ərkinaz Zülü qızı - 1952-ci il.
Şuşa rayonu, Malıbəyli kəndi.
“Bacım Məmmədova Solmaza (1955) və mənə toxumağı
anamız Verdiyeva Zeynəb Cəmal qızı (1935-2007) öyrədib.
Atamsaxladığı qoyun-quzunun yununu qırxar, biz də yunu
yuyub-təmizləyər, qurudub, daraqda darayıb, cəhrədə
əyirərdik. Atam hazır ipləri boyaqçı Məhəmmədə boyatdı-
rardı. Sonra evdə hana qurardı, biz də anamla bərabər gəbə
toxuyardıq”.
Hüseynova Tamara Sevindik qızı - 1927-ci il.
Bərdə rayonu, Xanxanımlı kəndi.
"Anamın gözəl əl işləri vardı. O, toxuculuğun sirlərini
anası Moruqdan öyrənibmiş. Yaxşı kilim, gəbə toxuyardı.
Bu işdə mən də anama kömək edərdim. Anamın toxudu-
ğu xurcunları, məfrəşləri son illərədək saxlayırdıq. Mən
anamın çeşniləri əsasında işləyirdim. Toxuduğum kilim və
gəbələrdən yalnız birini saxlamışam”.
Hümbətova Roza İsacan qızı - 1951-ci il.
Ağdərə rayonu, Orta Güneypəyə kəndi.
“Ustadım nənəm Aslanova Ağca olub. Nənəm isə bu
işi öz nənəsi Gülüdən öyrənmişdi. O, yunu yuyub da-
rayar, cəhrədə əyirərdi. İpləri isə Ağdamdan aldığı bo-
yaqlarla boyayardı. Bütün işlər başa çatdıqdan sonra
birlikdə gəbə, kilim toxuyardıq. Onun toxuduğu “Göl-
lü” gəbənin, “yelənli”, “qarmaqlı” kilimlərin gözəlliyi
dillər əzbəri idi".
1...,128,129,130,131,132,133,134,135,136,137 139,140,141,142,143,144,145,146,147,...148