138
Rəhimova Ərkinaz Aydın qızı – (1922-2006)
Qubadlı rayonu, Dondarlı kəndi.
Qızı Teymurova Göyərçinin (1947) dediklərindən: «Anam
gözəl xalça ustası idi. Ona cehizlik gəbə sifariş edərdilər.
Sifarişçilərin növbəyə dayandıqlarını indi də xatırlayıram.
Anam da gecəsini gündüzünə qatıb çalışar, heç kimin
xətrinə dəyməzdi. Toxuculuq işi ilə uşaqlıqdan məşğulam.
Ona görə mənim də anama köməyim dəyirdi”.
Rüstəmova Gülbahar Nuruş qızı - 1929-cu il.
Zəngilan rayonu, Yeməzli kəndi.
“Toxuculuğun sirlərini anamdan öyrənmişəm. Anam
gəbə toxuyanda yanında oturub ilmə vurmağı, naxış toxu-
mağı öyrənərdim. Atam Nuruş kişinin xeyli qoyun-quzusu
olardı. Atam qoyunun yununu qırxıb bizə verər, mən də
anamla birlikdə yunu yuyar, təmizləyər, qurudardım; da-
raqda darayıb, cəhrədə əyirərdim. Atam hazır ipləri boyaq-
çıda boyatdırardı. Sonra evdə hana qurub anamla birlikdə
gəbə, kilim, toxuyardıq”.
Rəhimova Fatış Əhməd qızı – (1900-1990),
Tərtər rayonu, Azad Qaraqoyunlu kəndi.
Oğlunun dediklərindən: “Anam nənəm Minənin da-
vamçısı idi. Onlar saxladıqları qoyun-quzunun yunu-
nu ancaq gəbə, kilim toxumaq üçün istifadə edərdilər.
Anam gündüz kolxozda işləyər, gecələr isə çıraq işığın-
da gəbə, kilim toxuyardı. Onun toxuduğu kilimlərin,
xalçaların bir qismini övladlarıma hədiyyə eləmişəm,
bir hissəsini isə dolanışıq ucbatından Bərdə bazarında
satmalı olmuşam”.
1...,130,131,132,133,134,135,136,137,138,139 141,142,143,144,145,146,147,148