3
Tarixi – coğrafi Şirvan Azərbaycan xalçaçılığı­
nın inkişafında mühüm rol oynamış, burada Şir­
van (Şamaxı), Bakı və Quba kimi üç böyük xal­
çaçılıq məktəbi və ya qrupu ayrılmışdır. Şirvan
(Şa­maxı) xalçaçılıq qrupundan bəhs edilərkən
bu məsələ üzərində xüsusi dayanılmış və qeyd
edilmişdir ki, bu hal Şirvanın tarixi inkişafı ilə
şərtlənmişdir. Belə ki, xanlıqlar dövrünədək, de­
mək olar ki, ümumi tarixi inkişaf yolu keçmiş
Şirvan ərazisində bu dövrdə Şirvan (Şamaxı) ilə
eyni zamanda Quba və Bakı xanlıqları da ya­
ranır. Bununla əlaqədar olaraq, Şirvanın ümu­
mi tarixi ənənələrinə əsaslanan və yeni ta­ri­xi
şəraitdə inkişaf edən müstəqil siyasi qu­rum­ların
təsərrüfat-iqtisadi həyatında da özü­nəməx­sus­
luqlar yaranır.
1
Beləliklə, Şirvan (Şa­maxı) və
Qu­ba xalçaçılıq qruplarının forma­laşması kimi
Bakı və ya Bakı-Abşeron qrupunun da meydana
gəlməsi bu bölgənin tarixi inki­şafının nəticəsi ilə
bağlı olmuşdur.
Qayaüstü təsvirlər. E. ə. XII-X minilliklər.
Qobustan Dövlət Tarix və Bədii Qoruğu.
Azərbaycan xalçaları / BAKI QRUPU
1,2,3,4 6,7,8,9,10,11,12,13,14,15,...76