9
Sədi tərəfindən inşa olunmuşdur), Ramana qəsri, Şağanda
olan qəsr və b. bu qəbildən idi. Bayıl qəsri də güclü istehkam­
lardan idi. Burada üzərində müxtəlif təsvirlər (insan, hey­
van, quş və s.) və ərəb qrafikalı yazı olan çoxlu üzlük daşlar
var idi. Onların sayının 1200 olduğu bildirilir ki, onlardan da
700-ə qədəri tapılmış və tədqiq edilmişdir.
16
Şirvanşahlar sa­
ray kompleksi (XV əsr) isə nəinki Bakı və Azərbaycan, eləcə
də dünya memarlığının nadir incilərindən hesab olunur.
17
Bakı və Abşeronun bu dövrdəki həyatına dair aydın tə­
səvvür yaradılmasında Əbdürrəşid ibn Salih ibn Nuri əl-
Bakuvinin (təqribən XIV əsrin II yarısı – XV əsrin I yarısı)
““Abidələrin” xülasəsi və qüdrətli hökmdarın möcüzələri”
adlı əsərində Bakı haqqında yazdıqları diqqəti cəlb edir.
O yazırdı: “Bakuyə Xəzər dənizi sahilində, Dərbəndin na­
hiyələrinin birində, Şirvan yaxınlığında binaları daşdan ti­
kilmiş şəhərdir. Onun divarlarını dəniz suları əhatə edir.
Dəniz suları bürclərindən bir çoxunu basıb, məscidə yaxınla­
şıb. Torpağı qayalıqlardır və evlərin çoxu qayalar üstündə ti­
kilib. Havası yaxşıdır, suyu şirindir və qayalıq yerlərdə qazıl­
mış quyulardandır. Quyuların suyu yeraltı bulaqlardandır.
Taxılın məhsulu burada azdır və onu buraya Şirvandan və
Muğandan gətirirlər. Burada çoxlu əncir, nar və üzüm var.
Azərbaycan (XV əsr)
Qaynaq: Azərbaycan tarixi atlası, səh. 26
Xəritə 4
Bakı. Enqelbert Kempferin 1630-cu ildə çəkdiyi şəkil.
Hofmanın 1734-cü il atlasından.
Azərbaycan xalçaları / BAKI QRUPU
1...,2,3,4,5,6,7,8,9,10 12,13,14,15,16,17,18,19,20,21,...76