12
Şirvana yürüşləri zama­
nı burada öldürülən Şeyx
Cüneyd (1460-cı il) və Şeyx
Heydərin (1488-ci il) xəttini
davam etdirən İsmayılın
strateji planları Şirvanın
tarixi inkişafında dərin iz
buraxdı. İsmayıl 1500-cü
il Cabani döyüşündə qa­
lib gələrək Şamaxını tutdu, Fərrux Yasar döyüşdə öldürüldü.
1501-ci ildə Bakı ələ keçirildi. Şirvandan geri dönüb, Şərur
döyüşündə Ağqoyunlu Əlvənd Mirzə üzərində qalib gələn İs­
mayıl, sonra Təbrizə daxil oldu və Səfəvilər dövlətini yaratdı.
19
(Xəritə 5)
İsmayıl Səfəvi Şirvana yenidən 1509-cu ildə, bu dəfə Səfəvi
hökmdarı kimi (1501-1524) hücum etdi. Bakı döyüşsüz təslim
oldu. Şirvan hakmi II İbrahim Şeyxşah (1502-1524) Səfəvilərdən
asılılığını təsdiq etdi. Belə bir vəziyyət II Xəlillullahın zamanın­
da (1524-1535) da davam etdi. Lakin Səfəvilərdən hakimiyyətə
gələn I Təhmasib (1524-1576) Şirvanşahların hakimiyyətinə
(1535-1538) son qoydu, Şirvan Səfəvilər dövlətinə birləşdirildi.
Şirvan iqta kimi şahın qardaşı Əlqas Mirzəyə verildi.
20
Bakı
şəhəri isə udel kimi Qazı xan Təkiliyə bağışlandı. O, 1540/41-ci
illərdə Bakını tutdu.
21
Şirvanda hakimiyyətin ləğv edilməsi ilə barışmayan Şirvan­
şahların varisləri və yerli hakimlər hakimiyyətlərini bərpa
etmək uğrunda mübarizələrini davam etdirirdilər. Bunun
üçün Səfəvilərin rəqibləri olan Osmanlılarla da əlbir hərəkət
edirdilər. 1514-cü ildən davam edən Osmanlı-Səfəvi müharibsi
Amasya müqaviləsi ilə başa çatdıqdan sonra, yeni 1578-1590-
cı illər müharibəsinədək sülh bərqərar oldu. Bu illərdə sosi­
al-iqtisadi vəziyyət də nisbətən sabitləşdi. Şirvan bəylərbəyi
Abdulla xan Ustaclının zamanında (1549-1566) Səfəvilərin
mövqeyi möhkəmləndi. Lakin 1578-ci ildə Osmanlı-Səfəvi
münasibətləri yenidən müharibəyə çevrildi. 1578-1580-ci illər
hərbi əməliyyatları zamanı Bakı da osmanlılar tərəfindən tu­
Azərbaycan Səfəvi Dövləti (Şah İsmayıl dövrü, 1501-1524-cü illər)
Qaynaq: Azərbaycan tarixi atlası, səh. 27
Xəritə 5
Hamam. Şirvanşahlar Saray kompleksi.
XIII-XV əsrlər. Bakı.
1...,4,5,6,7,8,9,10,11,12,13 15,16,17,18,19,20,21,22,23,24,...76