7
düm; onun gündəlik icarə haqqı 1000 dirhəmə ça­
tır. Bunun yanında gecə-gündüz zanbaq yağı kimi
ağ neft axan başqa bir mədən də vardır. Axırıncı­
nın icarəyə götürülməsi də elə birincidə olan ki­
midir”.
13
Lakin bölgənin əsas iqtisadi potensialı
yal­nız neft ilə məhdudlaşmırdı. Ərəb işğallarının
ilk dövrlərindəki dağıntıların tədricən iqtisadi və
tə­sərrüfat dirçəlişi ilə əvəz olunması sənətkarlıq və
ticarətin inkişafını genişləndirdi. Liman şəhəri kimi
Bakının əhəmiyyəti artdı. Bakı digər Şirvan şəhərləri
olan Bakı və Dərbəndlə birgə Xilafətin beynəlxalq
ticarətində fəal iştirak edirdi. Arxeoloji qazıntılar
zamanı Bakıdan aşkar edilmiş sikkə dəfinələri bu
ticarət əlaqələrinin coğrafiyası haqqında təsəvvür
yaradır. Bakı liman şəhəri kimi ticarətdə vasitəçiliklə
yanaşı, sənətkarlıqməmulatları (ipək parçalar, xalça
və s.) ilə də diqqəti cəlb edirdi. İslam dininin yayıl­
ması ilə Bakı və Abşeronun dini-mənəvi həyatında
da dəyişikliklər baş verdi. Atəşpərəstlik və digər
dini inanclar islamla əvəz olunmağa başladı, yeni
dini abidələr tikilməyə başladı.
XI əsrin ikinci yarısında Şirvanşahlar dövlətində
baş verən siyasi hadisələr Bakı-Abşeron bölgəsinə
də ciddi təsir göstərdi. Bu dövrdə səlcuqların hü­
cumları genişlənir. 1066-cı ildə onlar Şirvana hü­
cum etdilər. I Fəriburz (1063-1096) böyük məbləğdə
bac verməklə bu hücumların qarşısını almağa çalı­
şırdı. Lakin yeni hücum zamanı Bakı tutuldu. La­
kin I Fəriburz hərbi-siyasi fəaliyyəti ilə səlcuqlarla
münasibəti tənzimləməyə və regionda mövqeyi­
ni möhkəmləndirməyə nail ola bildi. I Əfridun
(1106/1107-1120), III Mənuçöhr (1120-1159), xü­su­
silə I Axsitanın dövründə (1160-1196/97) bir sıra
gərgin siyasi hadisələrə baxmayaraq, Şirvanşahlar
dövləti, o cümlədən Bakı inkişaf dövrü keçirirdi.
Sosial-iqtisadi həyatla yanaşı mədəni həyatda da
tərəqqi özünü göstərirdi. III Mənuçöhrün zama­
nında Bakı ətrafında qala divarları çəkildi. Şəhərin
müdafiə sistemində Qız qalası mühüm yer tuturdu.
Atabəy Qızıl Arslan 1191-ci ildə Şamaxını tutduq­
da paytaxt Bakı şəhərinə köçürüldü. Bu fakt Bakı
tarixində vacib hadisə oldu, gələcəkdə Bakının pay­
taxt şəhəri kimi formalaşmasına ciddi təsir göstərdi.
Şamaxıda baş vermiş 1192-ci il zəlzələsi də Bakının
yeni paytaxt kimi rolunu yüksəltdi. Təsadüfi deyil
ki, Xaqani (1120-1199) Şirvanşah Axsitana həsr edil­
miş tərifində Bakıya da yer ayırmışdır:
Bakı duasını unutmaz bir an,
Olub sayəsində Bəstan, Xavəran!
Rey ilə Xəzranı, Zirəkəranı
Bakı istər etsin şahın qurbanı.
14
Monqolların yürüşü ilə Şirvanşahlar dövlətinin
inkişafına ciddi zərbə vuruldu. (Xəritə 3) Bakı mon­
qolların ikinci yürüşü zamanı (1231-1239) ələ ke­
çirildi. Hülakilər dövləti (1256-1357) yarandıqda
Şirvanşahlar, o cümlədən Bakı-Abşeron bölgəsi
onun tərkibinə daxil edildi. Bu dövrdə Bakının Hü­
lakilərın qışlağı olması onun əhəmiyyətini artırmış­
dır. XIV əsrin 40-cı illərində Bakıda zərbxana var idi
Azərbaycan (X əsrin sonu - XI əsrin I yarısı)
Qaynaq: Azərbaycan tarixi atlası, səh. 19
Xəritə 2
Şüvəlan kəndində yaşayış məskəninin planı (Dolmen).
E.ə. III minillik. Qala Arxeoloji-Etnoqrafik Muzey kompleksi.
Azərbaycan xalçaları / BAKI QRUPU
1,2,3,4,5,6,7,8 10,11,12,13,14,15,16,17,18,19,...76