4
Bakı-Abşeron bölgəsi tarixi Şirvanın tərkib hissəsi ol­
muşdur. Bakı şəhərinin meydana gəlməsi və inkişafı
böl­gənin tarixində xüsusi rol oynamışdır. Təsadüfi de­
yil ki, Bakı mühüm yaşayış məskəni kimi eyni zamanda
bütün yarımadanı da ifadə etmişdir. Tədqiqatçılardan
birinin yazdığı kimi qədim və orta əsrlər dövründə
yarımada anlayışı yox idi. Yarımadanın bir hissəsi ada
adlandırılırdı. “Abşeron” adı isə ilk dəfə 1731-ci ildə
F.İ.Soymonovun nəşr etdirdiyi «Генеральная карта
Каспийского море» (Kaspi (Xəzər) dənizinin Baş xə­
ritəsi) əsərində əks olunmuşdur. Abşeronun ilk vaxtlar
yaşayış məskəni olduğu bildirilir.
2
Lakin Abşeron topo­
niminin tətbiqi də bölgədə Bakının həlledici rolunu ara­
dan qaldıra bilmədi. XVIII əsrin 40-cı illərində, demək
olar ki, bütün Abşeronun ərazisini əhatə edən xanlıq
yarandıqda, o, Bakı xanlığı adlandırılmışdır. Abşero­
nun kənd yaşayış məskənləri də daha çox Bakı kəndləri
kimi məşhurdur. Bu, eyni zamanda, Bakı və ətraf ya­
şayış məskənləri arasında sıx, üzvi əlaqənin olmasının
göstəricisidir.
Bakı-Abşeron bölgəsi coğrafi baxımdan Abşeron yarı­
madasını əhatə edir. Yarımadanın uzunluğu təqribən 60,
ən geniş yerdə eni 30 km. – dir. Sahilboyu ərazilər okean
səviyyəsindən 28 m.-dək aşağıdır. Abşeron yarımadası­
Qayaüstü rəsm - maral fiquru. Şüvəlandan tapılmış qədim
daş. Qala Arxeoloji-Etnoqrafik Muzey kompleksi.
Yanar dağ. Məhəmmədi kəndi. Bakı.
1,2,3,4,5 7,8,9,10,11,12,13,14,15,16,...76