13
Azərbaycan xalçaları / BAKI QRUPU
tuldu. Şirvan, Şamaxı və Dərbənd bəylərbəyliyinə bö­
lündü. Bakı Abşeronla birgə ayrıca sancaq kimi Şamaxı
vilayətinin tərkibinə daxil edildi. Osmanlılarla Səfəvilər
arasında Şirvan ətrafında gərgin münasibətlər 1590-cı
il müqa­viləsinədək davam etdi. Bu müqaviləyə əsasən
Bakı Abşeronla birgə osmanlılarda qaldı.
22
Səfəvi hökmdarı Şah Abbas (1587-1629) həyata ke­
çirdiyi islahatlar nəticəsində dövləti gücləndirmə­yə
nail oldu. Osmanlılarla yeni müharibənin (1602-1612)
gedişində, 1607-ci ildə Bakı da osmanlılardan azad
edildi.
XVI əsrin sonlarından Bakı və Abşeron üçün şimal­
dan - Rusiya dövlətindən yaranan təhlükə XVII-XVIII
əsrin əvvəllərində güclənməyə başladı. Çar Aleksey
Mixayloviç (1645-1676) tərəfindən Səfəvilər üzərinə
yürüşə təhrik edilən Stepan Razin 1669-cu ildə Bakı və
ətraf kəndlərə də dağıdıcı yürüşlər etdi.
Rusiya tədricən bölgədə dövlət səviyyəsində diplo­
matik və hərbi müdaxiləsini genişləndirməyə başladı.
XVIII əsrin sonları-XVIII əsrin əvvəllərində, xüsusilə
Şah Sultan Hüseyn (1694-1722) və II Təhmasib zama­
nı (1722-1732) Səfəvilər dövlətinin daxili və beynəlxalq
vəziyyətinin kəskinləşməsi ilə bunun üçün əlverişli
şərait yarandı.
Azərbaycanda Səfəvilərə qarşı üsyan Car vilayətində
başladı. 1711-ci ildə üsyançılar Şirvana daxil oldu­
lar. Antisəfəvi üsyanına rəhbərlik tədricən Müşkür
mahalından olan Hacı Davuda keçdi. O, qazıqumux­
lu Surxay xanla birləşərək 1712-ci ildə Şamaxını tut­
mağa nail oldu.
23
A.A.Bakıxanov rus tarixçisi Qoli­
kova əsaslanaraq yazır ki, “İran dövlətində səltənət
işlərinin qarışıqlığını, Şirvanda rus tacirlərinin qarət
edilib öldürülməsini nəzərə alaraq, rus padşahı Pyotr
hicri 1134-cü (1722) ildə, həziran (iyun) ayının 15-
də Hacı Tərxana (Həştərxana. – Y.M., K.Ş.) gəldi”.
24
Avqustun 21-də rus qoşunları Dərbəndə daxil oldu.
Bundan sonra Bakının ələ keçirilməsi tədbirləri baş­
ladı. “Poruçik Lunin bir dəstə qoşunla dəniz yolu ilə
Bakıya göndərildi ki, yeni müraciətnaməni çatdırmaqla
(I Pyotrun manifesti nəzərdə tutulur. – Y.M., K.Ş.) on­
ların hakimlərini və əhalisini itaətə cəlb etsin... Lunin
Bakıdan qayıdıb ərz etdi ki, Bakı əhalisi onu şəhərə
buraxmadı... Pyotr qəzəblənib istədi ki, onları zor­
la tabe etsin, lakin qayıtmasına səbəb olan maneələrə
görə o, bu işi gələn ilə qoydu”.
25
Bakı şəhəri I Pyotrun
Rusiyaya geri dönməsindən sonra, 1723-cü ilin iyul
ayında tutuldu. Bakıxanov bu hadisəni belə təsvir
edir: “Həmin il (1723-cü il. – Y.M., K.Ş.) təmuz (iyul)
ayının 6-da general-mayor Matyuşkin 9 gəmi ilə Bakı
bəndərində lövbər atdı. Bu gəmilərdə 4 polk qoşun var
idi, polk o zaman 1000 nəfərə yaxın əsgərdən ibarət
idi. Sonra İsmayıl bəyin (Səfəvi sarayının Peterburqa
göndərilmiş elçisi – Y.M., K.Ş.) Şah Təhmasib adın­
dan Bakı əhalisinə yazmış olduğu məktubu göndərdi.
Məktubda qalanın təslimini təklif edirdi. Sultan və Ba­
kının əyanları elçiləri şəhərə buraxmadılar... ayın 21-də
general sahilə qoşun göndərdi. Şəhərdən də bir çox sü­
vari bayıra çıxıb, müharibəyə girişdilər və məğlub ola­
Divanxana. Şirvanşahlar Saray kompleksi. XV əsr. Bakı.
1...,5,6,7,8,9,10,11,12,13,14 16,17,18,19,20,21,22,23,24,25,...76