6
isə daha əvvəlki dövrlərə aiddir. Şəhər gü­
man ki, çox qədimlərdə yaranmış kiçik yaşa­
yış məskənindən inkişaf etmişdir.
8
Abşero­
nun digər yaşayış məskənləri də yerli tarixi
şəraitdən meydana gəlmişdir. Lakin Albaniya
dövlətinin Sasanilərdən (III-VII əsrlər) asılı
vəziyyətə düşməsindən sonra həyata keçirilən
köçürmə siyasəti nəticəsində burada yeni ya­
şayış məskənləri yaranmağa başlayır. M.Vəli­
li yazır ki, “Sasanilərdən Yezdəgird, Xosrov
Nuşirəvan və digərləri 4-cü əsrdə (309-381)
bunları (tatları – Y.M., K.Ş.), cənubi və cənub-
qərbi İrandan çıxarıb (İsfahan, Təbəristan, La­
hican və qeyrilərindən) Şərqi Azərbaycanda,
Kaspi qapılarında sakin etmişdilər ki, İranın
şimal hüdudunu köçəri türklərin hücumla­
rından müdafiə etsinlər”.
9
Bu dövrdə Abşero­
nun yerli türk əhalisi də şimaldan miqrasiya­
lar nəticəsində artırdı.
Ərəb Xilafətinin meydana gəlməsi və geniş
işğallar prosesində Abşeronu da (Xəritə 1) ələ
keçirməsi onun həyatında köklü dəyişiklik
yaratdı. Sasanilərin dövründə olduğu kimi
Xilafət zamanında da Şirvan böyük siyasi bir­
lik olaraq qalırdı. Belə hesab edilir ki, Bakı
mər­kəz olmaqla Abşeron Şirvanın tərkibində
ayrıca inzibati vahid idi.
10
Xilafət dövründə Şirvan və digər torpaqları
birləşdirən ərazilər şeybani tayfasından olan
vali Yəzid ibnMəzyəd tərəfindən idarəolunur­
du. Yəzid ölümünədək (801-ci il) bu vəzifəni
icra etmiş, sonra isə hakimiyyət oğlanlarına
keçmişdi. Xəlifə Mütəvəkkilin qətlindən son­
ra 861-ci ildə Heysəm ibn Xalid (861-880) Şir­
vanşah titulu ilə idarəyə başlamışdır. Şirvan­
şah Məzyədilər 1027-ci ilədək (Xəritə 2) hökmranlıq
etmişdilər.
11
Qaynaqlar 914-cü ildə rusların Xəzər
dənizindən Bakı və Abşerona hücum etdiklərini
qey­də almışdır. Məsudinin məlumatından görünür
ki, həmin il “hər gəmidə 100 nəfər olmaq etibarilə
Xəzər dənizinə 500 gəmidə gələn rusların sayı təq­
ribən 50000 nəfərə yaxın olmuşdur. ...Baş verən
dö­yüşlərdə Şirvanşah Əli ibn Heysəm də iştirak
et­mişdi. Heysəm hərbi və ticarət gəmilərində rus
gə­milərinə hücum etmişdi. ... Məsudinin yazdığına
görə ruslar “Şirvan şahlığındakı Bakı adı ilə məşhur
olan neftli sahilə gəlib çıxdılar. Ruslar qarətdən qa­
yıtdıqları vaxt neft verən torpaqdan bir neçə mil
mə­safədə olan adada daldalandılar”.
12
Rusların Xə­
zərsahili torpaqlara hücumları sonralar da davam
etmişdir.
Bakı və Abşeronun iqtisadi həyatında əsas yeri
neft tuturdu. Neft istehsalı Xilafət dövründə xeyli
artmışdı. Bu, onun həm ticarət, həm də hərbi sahədə
geniş istifadə edilməsi ilə əlaqədar idi. Əbu Duləf
(X əsr) yazırdı ki, “Mən Böyük Təbəristan dənizinin
[Xəzər dənizinin] sahili ilə Şirvan vilayətinə da­
xil olan Bakuya adlanan yerə çatanacan 80 fərsəx
ağac­ların altı ilə getdim. Burada neft mədəni gör­
Azərbaycan Ərəb Xilafəti dövründə
(VII əsrin II yarısı-IX əsrin I yarısı)
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, səh. 16
Xəritə 1
Səbail kitabələri. Şirvanşahlar Saray kompleksi. XIII-XV əsrlər. Bakı.
1,2,3,4,5,6,7 9,10,11,12,13,14,15,16,17,18,...76