5
nın böyük bir hissəsini Bakı şəhəri tutur. İstər Bakı, istərsə də
Abşeron toponiminin etimologiyası haqqında vahid fikir yox­
dur. Azərbaycan toponimləri ensiklopedik lüğətində “Bakı” yer
adı haqqında mülahizələr nəzərdən keçirildikdən sonra belə
bir fikir söylənir ki, “şəhərin qədim hissəsinin coğrafi mövqe­
yi toponimin “baqu” / “baku” (cərgə təpələr) sözündən əmələ
gəldiyini söyləməyə imkan verir. Bakı “baxalı yer”, “müşahidə
məntəqəsi”, “hündürlük” mənalarını da verir”.
3
“Abşeron” to­
ponimi isə daha çox üç variantda nəzərdən keçirilir: 1) ab (su)
və şirin sözlərinin birləşməsi kimi “şor su” 2) ab (su) və şirin
söz­lərinin birləşməsi kimi “şoran su” 3) əfşar tayfalarının adı ilə
əlaqədar olaraq Əfşaran, yəni əfşarların yaşadığı yer.
4
Bakı və
Abşeronla birgə, tarixən çox məşhur olan Bakı kəndlərinin coğ­
rafiyası və etimologiyası da Bakı-Abşeron bölgəsinin tarixinin
öyrənilməsi üçün mühüm əhəmiyyətə malikdir.
5
Bakı-Abşeron bölgəsi Azərbaycanın qədim və zəngin tarixi
olan ərazisidir. Paleontoloji və arxeoloji tədqiqatlar bölgənin tari­
xini ən qədim zamanlardan izləməyə imkan verir. Bu tədqiqat­lar
içərisində, nəinki Azərbaycan, eləcə də dünya miqyasında xü­
susi əhəmiyyətə malik olan Binəqədi tapıntıları qeyd edilə bilər.
Bu tapıntılar on min illərlə bundan əvvəlki dövrün (pleystosen)
faunası və florası haqqında məlumat verir. Bu və digər tapıntılar
paleolit dövründə Abşeronda qədim insanın da yaşadığını sübut
edir.
6
Mezolit və sonrakı arxeoloji dövrlər də (eneolit, tunc və ilk
dəmir) Abşeronda müəyyən abidələrlə təmsil olunmuşdur. On­
ların içərisində e.ə. III-II minilliklərə aid qayaüstü təsvirlər əsas
yer tutur. Bu təsvirlər və digər arxeoloji tapıntılar (əmək alətləri,
məişət əşyaları və s.) insanların təsərrüfatı və maddi-mənəvi
həyatı haqqında məlumatlar verir.
7
İnsanların həyatında baş verən sosial-iqtisadi dəyişikliklər
nə­ticəsində yaşayış məskənlərinin müəyyən şəbəkəsi meydana
gəlməyə başlayır. Bakı şəhəri də belə yaşayış məskənlərindən
birində təşəkkül tapmışdır. Bakı şəhərinin meydana gəlməsi ta­
rixinə dair faktları ümumiləşdirən S.Aşurbəyli yazır ki, artıq I
əsrdə Bakı böyük olmayan liman şəhəri idi, onun formalaşması
Qayaüstü rəsm - günəş rəmzi və astronomik naxış-
lar. E. ə. III-II minilliklər. Qala Arxeoloji-Etnoqrafik
Muzey kompleksi.
Roma yazısı. I əsrin sonu. Qobustan Dövlət Tarix və Bədii Qoruğu.
İnsanabənzər büt. E. ə. III-II minilliklər.
Qala Arxeoloji-Etnoqrafik Muzey kompleksi.
Azərbaycan xalçaları / BAKI QRUPU
1,2,3,4,5,6 8,9,10,11,12,13,14,15,16,17,...76