8
ki, burada Hülakilər sadından sikkə zərb edilmişdi. Bakı zərbxanasın­
da Cəlairilər və Teymurilər dövründə də sikkə zərbi davam etdiril­
mişdi.
15
1382-ci ildə Şirvanşahlar dövlətində yeni-Dərbəndilər sülaləsinin
(1382-1538) banisi Şirvanşah I İbrahim (1382-1417) hakimiyyətə baş­
layır. Teymurun (1370-1405) və Qızıl Ordanın Azərbaycan uğrun­
da gərgin mübarizəsi dövründə həyata keçirdiyi diplomatik siyasət
nəticəsində I İbrahim titulunu saxlamağa davam edir, Teymurun ölü­
mündən isə yenidən müstəqillik əldə edir. Şirvanşah İbrahim 1406-cı
ildə Təbrizi tutub, Azərbaycanı birləşdirməyə cəhd edir. Lakin tezliklə
şəhəri tərk etməyə məcbur olur. 1410-cu ildə yaranan Qaraqoyunlu
dövləti ilə Şirvan arasında düşmənçilik münasibəti yaranır.
Şirvanşah İbrahimdən sonra hakimiyyətə gələn oğlu I Xəlillullah
(1417-1465) (Xəritə 4) müstəqil siyasət yeridir. Fərrux Yasarın dövründə
(1462-1501) siyasi vəziyyət yenidən mürəkkəbləşir. Qaraqoyunlu
dövlətini əvəz edənAğqoyunlu dövləti (1468-1501) ilə ilk dövrdə möv­
cud olan sülh münasibətləri bir müddət sonra pozulur. Yeni yüksələn
Səfəvilər isə düşmənçilik münasibətini davam etdirir.
XIII-XV əsr hadisələri zamanı Bakı və Abşeronun Şirvanşahlar döv­
lətində mövqeyi güclənir. Dövrün gərgin hərbi-siyasi hadisələrinə bax­
mayaraq, iqtisadi-təsərrüfat həyatının fəallığının davam etdirilməsi
əsas istiqamət idi. Bu bölgədə XIII-XIV əsrlərdə tikilmiş müdafiə qur­
ğuları da müəyyən iqtisadi potensialın göstəricisi idi. Mərdəkandakı
dördguşəli qüllə, Nardarandakı qəsr (1301-ci ildə memar Mahmud ibn
Azərbaycan (XIII-XIV əsrlər)
Qaynaq: Azərbaycan tarixi atlası, səh. 21
Xəritə 3
Divanxana. Şirvanşahlar Saray kompleksi.
Bakı. Rəssam: Q. Qaqarin.
1,2,3,4,5,6,7,8,9 11,12,13,14,15,16,17,18,19,20,...76