69
Təqdim edilən Qobu kiliminin üzərini üfüqi istiqamətdə toxunmuş irili-xırdalı müxtəlif zolaqlar bəzəyir. Bu zolaqla­
rın üzərində həndəsi elementlər yerləşdirilib. Onlar müxtəlif ölçülərdə və müxtəlif bədii tərtibatlardadır. Ensiz zolaqlar
üzərində mərkəzdə aşıq deyilən “X” çarpaz xətli element toxunub. Daha enli zolaqlar üzərində isə xalq arasında “kilim­
gülü ” adlanan stilizə edilmiş nəbati elementlər yerləşdirilmişdir. Qobu kilimlərində rəng, ölçü, bədii həlli müxtəlif olsa
belə texniki göstəriciləri dəyişməz qalır. Hər bir kilim üzərində dırnaq ölçüsü qədər kiçik məsamələr olur. Bu, kilimin
toxunma üsulundan irəli gəlir. Xalq arasında buna “dırnaqlı” deyilir. Kilimdən məhz pərdə kimi istifadə edilərkən bu
məsamələrdən içəri işıq süzülür.
Kilim. Yun. Xovsuz. 290x175. XIX əsrin əvvəli.
Bakı qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / BAKI QRUPU
1...,61,62,63,64,65,66,67,68,69,70 72,73,74,75,76