59
yuxarıyadək cərgə ilə müxtəlif naxışlar növbələşir. İlk olaraq ağac üzərində cüt “buta”lar çəhrayı və açıq-qəhvəyi rəng­
lərdə toxunub. Ağacın aşağı, kök hissəsində isə bir cüt quş təsviri toxunub. Üst cərgədə ağac və stilizə edilmiş çiçək, yenə
“buta”lar tək və qoşa şəkildə toxunublar. Xalça çox unikaldır. Naxışlar çox zaman bir-birindən fərqlidir. “Buta” naxışının
doxsanadək müxtəlif forması və yozumu vardır. Bu xalça üzərində də qoşa toxunmuş “sevgili buta”, iç-içə toxunmuş
“balalı buta” növlərinə rast gəlinir. “Buta” özlüyündə müxtəlif semantik mənalarda yozulur. Bəzən yanan şölənin dilimini
xatırlatdığı üçün odun, alovun rəmzi olaraq şərh edilir. Bəzən şifahi xalq ədəbiyyatında nişangah, müjdə verən atribut kimi
təqdim edilir. Lakin forma etibarilə “buta” nəbati mənşəlidir.
Toxucu xalça üzərində ola bilsin ki, öz ailəsinə, nəslinə aid damğaları da əbədiləşdirməyi unutmayıb. Bu damğalar üfüqi
istiqamətdə uzunsov, ətrafları dilimli olduğundan balığı xatırladır. Mümkündür ki, bu ailənin üzvləri Xəzər dənizinə yaxın
yaşamış və balıqçılıqla məşğul olmuşlar.
Digər naxışlar da mücərrəddir. Xalça üzərində insanabənzər gövdə və qollar şəklində toxunan naxışlar da aydın baxılır.
Xalça ümumilikdə dolğun məna və bədii tərtibata malikdir.
Xalça. Yun. Xovlu. 250x160. XIX əsrin əvvəli.
Bakı qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / BAKI QRUPU
1...,51,52,53,54,55,56,57,58,59,60 62,63,64,65,66,67,68,69,70,71,...76