66
Abşeron toxuculuq qrupuna daxil olan xalçalar içə­
risində Xızıda toxunan “Fındığan” xovlu və “Zili” ki­mi
xovsuz xalçaların xüsusi dəyəri vardır. Bu coğrafi böl­
gədə çox məşhur xalçalar toxunub. Məfrəş xovsuz xal­
ça nümunəsidir. Ondan içərisinə yorğan-döşək, yük yı­
ğılması üçün istifadə edilib. Təqdim edilən məfrəş üzü
məmulatının toxunması üçün zili texnikasından istifadə
edilib. Toxuma məfrəşin ön hissəsini təşkil edən fraq­
mentdir.
Məfrəş üzü çox zərif toxunuşa və bədii tərtibata ma­
likdir. Bu məmulat da xovlu xalça kimi tam bədii quru­
luşa malikdir, yəni üç hissədən ibarət olan haşiyə zola­
ğı və ara sahədən ibarətdir. Sürməyi rəngli ara sahənin
mərkəzində pilləli çiçək formalı gül, ondan ətrafa pay­
lanan üçləçəkli yarpaqlar, “S” işarəsi, mərkəzi romb,
ətrafları qarmaqlı həndəsi elementlər, səkkizbucaqlı ul­
duzlar toxunmuşdur. Məfrəş üzündəki bütün naxışlar
dəqiq toxunuşa malikdirlər. Onların hər birində qədim
inanclardan irəli gələn məzmun vardır.
Mərkəzdə olan terrakot rəngli göl günəş, enerji mən­
bəyi, bölünməz qüvvə simvoludur. Ondan ətrafa şölələr,
müsbət enerji paylanır. Romb – bolluq, artım rəmzi, sək­
kizbucaqlı ulduz – dünyanın yaranma nöqtəsinin simvo­
ludur.
Məfrəş üzünün üzərində simmetrik olaraq stilizə edil­
miş ətrafları dilikli quş təsviri toxunub. Bəzən bu elemen­
ti “islimi” nəbati naxışı ilə bağlayırlar. Təqdim edilmiş
bu məmulat üzərində toxunmuş elementin quşlardan
ibarət olduğuna heç bir şübhə yoxdur, çünki bu quşların
başında taclar belə ləçək şəklində toxunub. Məmulat çox
zəngin bəddi irsin dəyərli nümunəsidir.
1...,58,59,60,61,62,63,64,65,66,67 69,70,71,72,73,74,75,76