62
“Qala” xalçası toxunduğu Abşeronun tanınmış Qala kəndinin adı ilə bağlıdır. Abşeronun çox qədim kəndlərindən olan
Qalada toxunan xalçalar yumşaq yunu ilə seçilən Qala qoyun cinsinin yunundan toxunduğu üçün bu kəndin xalçaları daha
parlaq və zərif olurdu. Toxunan xalçanın xovu, ərişi və arğacı yundan hazırlanıb. Xalçanın toxunma texnikası türkbafdır.
“Qala” xalçası üzərində iki hissədə əbrəş izləri vardır. Əbrəş boyanma zamanı kələfin alt hissədə qalan yununun boyanı
zəif qəbul etdiyi və istifadədə olan xalça üzərində zaman ötdükcə bu texniki qüsurun üzə çıxmasından irəli gəlir.
“Qala” xalçası haşiyədən və ara sahədən ibarətdir. Haşiyə zolağı yeddi hissədən təşkil olunub. Bəzi zolaqlar paralel to­
xunub, onları təşkil edən naxışlar tamamən təkrarlanırlar.
Ara sahə üzərində üç ədəd konturları pilləli göllərdən ətrafa paylanan üçləçəkli stilizə edilmiş motivlər toxunub. Xalça
nadir nüsxə sayıla bilər. Qırmızı rəngli ara sahə üzərindəki üç ədəd göldən mərkəzdəki medalyon tünd, ətrafdakılar isə
ağ rəngdədir.
1...,54,55,56,57,58,59,60,61,62,63 65,66,67,68,69,70,71,72,73,74,...76