63
Xalçanın doldurucu naxışlarından ən çox diqqəti çəkən elementlər – ağac, ətrafları qarmaqlı romb, xaçabənzər motiv və
xalq arasında şərti olaraq “çərxi-fələk” adlanan elementlərdir. Bunların hər birinin bəşəri məziyyətlərlə bağlı öz ezoterik
sirləri vardır. Əbədi həyata, insanların ölməzliyinə ağac təsviri ilə işarə edilir. İnsanın yarandığı, yaşadığı real həyat və
ruhunun əbədiyyətə qovuşduğu üç faza ağac obrazında əks edilir. Romb – artım, həyatın qadın başlanğıcının rəmzidir.
“Çərxi-fələk” insanın qədəri, ömrünün kəşməkəşinə aid edilən motivdir.
Xalçanın baş və ətək hissəsini pilləli alaqapıya oxşar həndəsi naxışlar bəzəyir. Bu naxışlar da xalça ilk yarandığı dövrdə
toxucunun öz fantaziyasından doğaraq kompozisiyada əbədiləşdirdiyi mesaj kimi qiymətləndirilə bilər. Bu qapılardan
keçərək bəşəri elmlərə yiyələnmiş insan yalnız həyatın davamlılığı, ölməzliyi haqqında olan sirlərə sahib ola bilər.
Xalça. “Qala”. Yun. Xovlu. 350x170. XIX əsrin əvvəli.
Bakı qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / BAKI QRUPU
1...,55,56,57,58,59,60,61,62,63,64 66,67,68,69,70,71,72,73,74,75,...76