60
Bu xalça “Novxanı” çeşnisi əsasında Xı­
zıda toxunmuşdur. Xalça əl ilə yundan to­
xunub. Toxunma texnikası türkbafdır.
Xalça ara sahə və haşiyə zolağından iba­
rətdir. Haşiyəni altı ədəd üzəri hən­dəsi və
nəbati naxışlarla sıx toxunmuş elementlər
bəzəyir. Bu zolaqların ikisi “mixək gülü”
və “ziqzaq” simmetrik olaraq iki dəfə tək­
rarlanır. Onların arasında “alamuncuğu”
və sarı rəngli sular toxunub. Ana haşiyə
mavi yerliklidir. Üzərində toxunmuş bu­
daqda oturmuş göyərçin quşu və çiçəklər
sanki əl ilə çəkilmiş rəngkarlıq işidir.
Xalçanın ara sahəsi də orijinaldır. Sür­
məyi yerlik üzərində günəşi xatırladan
al­tıbucaqlı, al yerlikli göllər toxunub. Göl­
lərin içərisində iç-içə prinsipi əsasında
da­­ha bir göl yerləşdirilib. Xalçanın al yer­
likli göllərinin daxilində kiçik medalyonu
başdan-başa on iki ədəd yuvarlaq formalı
nəbati naxışlar, güllər bəzəyir. Göllərdən
ətrafa üçləçəkli yarpaq paylanır. Xalça elə
bil ki, müqəddəs bir məkan, pak mühi­
tin təcəssümüdür. Burada toxunan göllər
günəş, ətrafda hərəkət edən fəza cismləri
isə çiçəklər vasitəsilə işarə edilib. Üçləçəkli
yar­paq həyat simvoludur, günəşdən in­
sanlara paylanan müsbət enerjidir. Xalça­
nın baş və ətək hissələrində alaqapıya və
pillələrə bənzər elementlər də vardır. Bu
alaqapılar və pillələr rəmzi məna daşıyır.
Belə ki, yalnız kamilliyə yiyələnən kəs bu
qa­pılardan keçib, mistik dünya ilə real
dün­ya arasında olan bağlılığı duya bilər
və uca Tanrının qüdrəti onu qoruyar.
1...,52,53,54,55,56,57,58,59,60,61 63,64,65,66,67,68,69,70,71,72,...76