64
Bakının xovsuz zili xalçası öz bədii və texniki gös­tə­
ricilərinə görə digər böl­gə­lər­də toxunan zililərdən fərq­
lənir. Bu xov­suz xalça Xızıda toxunan müxtəlif zili çeş­
nilərindən biridir. Tarix boyu toxunmasında və materi­
alında olan zərifliyi, çeşid­li incə naxışlarının zənginliyi
baxımından Ba­kı zilisi nadir nümunələrdən sayılmışdır.
Zilinin ərişi yerli ənənəyə uyğun olaraq qırmızı və
sür­məyi rəngli yundan çə­kilib. Toxuma üsulu isə sadə
keçirmə və paralel dolama texnikası ilə icra edilib. Zili ara
sahə və haşiyə zolağından iba­rətdir. Üç cərgədən ibarət
olan haşiyə zo­lağının iki kənar zolağı paralel naxışlı olub,
həndəsiləşdirilmiş nəbati ele­ment­lərdən ibarətdir. Əsas
ana haşiyə zolağı isə müxtəlif formalı mifoloji quşlar­
dan, “S”, ağac, romb kimi elementlərin məz­mununa və
biçiminə görə ahəngdar yer­ləşməsindən ibarətdir. Zili­
nin ana haşiyə zolağı üzərində toxunmuş bütün naxışlar
əbədiyyət rəmzidir. Mistik dünya ilə yaşanan həyat ara­
sında elçi funksiyasını ifa edən quş, əbədi həyat simvolu
olan ağac və bu məkanı qoruyan “S” işarəsi ölməzliklə
bağlıdırlar.
Ara sahə isə baş və ətəkdən içərisi “bu­ta”larla bəzənmiş
düzbucaq formalı enli cərgələrə və mərkəzdə qəfəslərə
bö­lünmüş beş cərgədə damalı hissələrə ayrılır. Bu qə­
fəs­lər də öz növbəsində ana haşiyədəki kompozisiyanın
təkrarlanan davamı sayıla bilər.
Bakı xalçaları üzərində tez-tez rast gə­linən motivlərdən
biri də “buta”dır. Gö­zəlliyi ilə yanaşı daşıdığı semantik
mənaya görə “buta”nın zili xalçasını bəzəyən naxışlar
ara­sında xüsusi bədii və mənəvi də­yəri vardır. Saxlanma
vəziyyəti əladır.
1...,56,57,58,59,60,61,62,63,64,65 67,68,69,70,71,72,73,74,75,...76