68
Bakının Qobu kəndində toxunan xovsuz xalçalar çox məşhurdur. Bu məkanda toxunmuş “Çiyi palaz”, “Kilim” nü­
munələri dünya muzeylərini, şəxsi kolleksiyaları fəth etmişlər. İncə, zərif toxunuş, ahəngdar rəng həlli, kompozisiyanın
lakonik təqdimat forması yüksək professionallığa əsaslanır.
Kilim – xovsuz xalça nümunəsidir. Toxunma texnikası zilidir.
Kilimlərdən məişətdə, əsasən, döşənək kimi istifadə edilib. Bəzi ucqar bölgələrdə kilimlərdən alaçıqların qapı hissəsinə
pərdə olaraq istifadə edilib. Azərbaycanın Qarabağ, (“Gəzməli kilim”), Şirvan (“Paşalı kilim”), Təbriz (“Senne”), Qazax
(“Qədirgə kilim”) bölgələrində də kilimlər toxunub. Onlar bədii tərtibatı və texniki göstəricilərinə görə Qobu kilimlərindən
tamamilə fərqlənirlər.
1...,60,61,62,63,64,65,66,67,68,69 71,72,73,74,75,76