Qədim və zəngin tarixə malik olan Azərbaycan mədəniyyəti Ulu öndər Hey-
dər Əliyevin qayğısı ilə yeni zirvələrə yüksəldi. Heydər Əliyev Azərbaycan
mədəniyyətinin, istisnasız olaraq onun bütün sahələrinin, tarixi ənənələr
nəzərə alınmaqla, müasir inkişaf konsepsiyasını müəyyənləşdirmişdir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ulu öndərin dövlətçilik
siyasətini, o cümlədən mədəniyyət sahəsində siyasətini uğurla davam etdirir.
Ulu öndərin həmişəyaşar ideyalarının həyata keçirilməsində onun adını
daşıyan Heydər Əliyev fondu misilsiz rola malikdir. Heydər Əliyev fondu
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım
Əliyevanın rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin inkişafı sahəsində də
uğurlu layihələrə imza atmışdır. Azərbaycan muğamının dünya səviyyəsində
tanınmasına nail olunmuş, YUNESKO xətti ilə «Qarabağ xanəndələri» albo-
mu buraxılmışdır. Bakıda Beynəlxalq Muğam Mərkəzi açılmış, burada ilk
beynəlxalq Muğam festivalı keçirilmişdir. Azərbaycanın Şirvanşahlar sarayı,
Atəşgah və Qobustan kimi nadir tarixi abidələri YUNESKO-nun «Dünya
mədəni irs» siyahısına daxil edilmişdir.
Azərbaycan dövlətinin mədəniyyət sahəsində siyasətində xalçaçılığa mü-
nasibət də xüsusi yer tutur. Prezident İlham Əliyev 2004-cü il dekabrın 7-də
«Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında«
Azərbaycan Respublikasının qanununu təsdiq etmişdir. Qanunda göstərilir ki,
«Azərbaycan xalçası Azərbaycan xalqının maddi və mənəvi sərvətidir, in-
tellektual fəaliyyətin nəticəsi olub, xalqın estetik dünyagörüşünü və mədəni
identikliyini əks etdirir».
Prezident İlham Əliyev bu qanunun təsdiqindən az müddət sonra, 2005-ci
il fevralın 7-də «Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi
Azərbaycan xalçaları bütün məktəbləri ilə
BÖYÜK LAYİHƏ
7
Azərbaycan xalçaları - QARABAĞQRUPU
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 7
1,2,3,4,5,6 8,9,10,11,12,13,14,15,16,17,...274