Azərbaycanda xalça sənəti inkişaf etdikcə tarixən bütün ərazi boyu boyaqçılıq
da təkmilləşirdi.
Xalça sənətinin tarixi ilkin olaraq xovsuz xalçaların - həsir, çətən, buriya, palaz,
kilim, cecim, şəddə, ladı, zili, vərni və sumaxın toxunması ilə başlanır. Lakin xüsusi
bədii ifadəliyin xalça üzərində obrazlı şəkildə təsvir edilməsi imkanı şübhəsiz ki,
xovlu xalçaların meydana gəlməsi ilə bağlıdır. Bu xalçaların məktəb kimi formalaş-
masında, bədii və texnoloji xüsusiyyətlərinin meydana çıxmasında təbii-coğrafi
şəraitin önəmli rolu olmuşdur. Dağlıq bölgələrdə bir qayda olaraq soyuqdan qorun-
maq üçün bu əraziyə məxsus qaba yundan hündür xovlu, az sıxlıqlı, ağır xalçalar
toxunurdu. Əksinə, dağətəyi və aran bölgələrində isə zərif yun növündən istifadə
edilərək yüksək ilmə sıxlığına malik, incə xalçalar toxunurdu.
Xovlu xalçalar istifadəsinə görə müxtəlif ölçülərdə olurdu. Kiçik ölçülü xalçalar
- «namazlıq», «puştu», «taxt üstü», «xalça», iri ölçülü xalçalar isə - «xalı», «kə-
narə», üç - beş hissədən ibarət olan xalçalar «dəst-xəli-gəbə» adlanırdılar.
E.ə V əsrə aid antik dövr yunan tarixçilərindən Ksenofont, Herodot, VII əsr
alban tarixçisi Moisey Kalankatuklu, Çin səyyahı Xuan Tes-Ank və sairlərindən
başlayaraq orta əsr ərəb səyyahı Əl-Məsudi, Əl-Müqəddəsi, Əl-İstəhri və s. yazılı
abidələrində Azərbaycan ərazisində istehsal edilən yüksək keyfiyyətli xalçalar,
ölkədən ixrac edilən boyaq maddələri haqqında geniş məlumatlar vermişlər.
Azərbaycan xalçası tarixən ixrac məhsulu olmuşdur. Bu xalçalar XIV əsrdən baş-
layaraqAvropaya ayaq açıb. Onun ölkədən uzaqlarda tanınmasına sübut XIV-XVIII
əsr intibah dövrünün İtaliya, Holland, Flamand rəssamlarından - Hans Memlinqin
«Məryəm körpəsi ilə» (XV), Karlo Krivellonun «Müjdə» (XV), Hans Holbeynin
«Elçilər» (XVI) və s. tablolarında Qarabağ, Gəncə, Qazax xalçalarının tərənnüm
edilməsidir.
Bu gün dünyanın bir çox muzeylərini, şəxsi qalereyalarını bəzəyən Azərbay-
can xalçaları ümumbəşəri sərvətə çevrilmişdir.
Tarixin bütün mərhələlərində inkişaf edərək Azərbaycan mədəniyyətinin ayrılmaz
hissəsini təşkil edən, əsrlər boyu formalaşanAzərbaycan xalçaları şərti olaraq: Quba,
Şəkı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz kimi yeddi lokal məktəbə bölünür. Bu
məktəblər biri digərindən kompozisiya quruluşu, motiv zənginliyi, rəng harmoniyası və
texnoloji xüsusiyyətləri ilə seçilirlər. «Azərbaycan xalçaları bütünməktəbləri ilə» layihəsi
çərçivəsində həyata keçirilən bu nəşrin ilk kitabı Qarabağ xalçalarına həsr edilmişdir.
Азербайджанские ковры - КАРАБАХСКАЯ ГРУППА
10
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 10
1,2,3,4,5,6,7,8,9 11,12,13,14,15,16,17,18,19,20,...274