Азербайджанские ковры - КАРАБАХСКАЯ ГРУППА
haqqında» Azərbaycan respublikasının qanununun tətbiq edilməsi barədə
fərman imzalamışdır. Bu sənədlər Azərbaycanda xalçaçılığın inkişaf tarixində
yeni səhifə açmaqla, onun daha da inkişafına misilsiz töhfə vermişdir.
Azərbaycan Respublikasında xalça sənətinin nailiyyətlərinin təbliği də
diqqət mərkəzindədir. Prezident İlham Əliyev 2006-cı il martın 18-də Respub-
lika Muzey Mərkəzində olarkən əvvəlcə Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyinin fondunda saxlanan xalçalara və buradakı şəraitə
baxmış, sonra çox mühüm bir ideya irəli sürmüşdür. O, demişdir ki, bu mu-
zeyin ayrıca binası olmalıdır. Çünki xalça muzeyi doğrudan da dünyada ye-
ganə muzeylərdəndir. Prezident İlham Əliyev bu ideyanın həyata
keçirilməsinə qayğı ilə yanaşmış, onun iştirakı ilə 2008-ci il may ayının 15-də
Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sə-
nəti Dövlət Muzeyi binasının təməlqoyma mərasimi olmuşdur. Prezidentin
Azərbaycanda xalçaçılığın inkişafına və təbliğinə diqqətinin nəticəsidir ki, o,
bütün işləri daim nəzarətdə saxlayır və həyata keçirilməsini təmin edir. Bunun
nəticəsidir ki, o, xanımı Mehriban Əliyeva ilə birgə 2009-cu il dekabrın 1-də
muzey üçün inşa edilən binada tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Prezident İlham Əliyevin Azərbaycanda xalçaçılığın inkişafına diqqət və
qayğısı Azərbaycan xalçasının YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə
Reprezentativ Siyahısına daxil edilməsi sahəsində görülən işlərə də böyük
dəstək olub, Azərbaycan xalçaçıları qarşısında da yeni yaradıcılıq üfüqləri
açır.
«Azər-İlmə« Məhdud Məsuliyyətli Cəmiyyət («Azər-İlmə» MMC) Prezident
İlham Əliyevin və Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin, o
cümlədən xalçaçılığın inkişaf etdirilməsi sahəsindəki fəaliyyətini yüksək
qiymətləndirmiş, bu tarixi missiyanın yerinə yetirilməsində fəal iştirak etmişdir.
Bu sahədə bir sıra əsaslı layihələr həyata keçirilmişdir. Bəzi layihələr isə hə-
yata keçirilmək üçün hazırdır. Onların arasında təqdim olunan «Azərbaycan
xalçaları bütün məktəbləri ilə» adlı böyük layihə xüsusi yer tutur. Layihə Azər-
baycan xalçaçılığının bütün məktəblərini ehtiva edən fundamental nəşrlərin
reallaşdırılmasını, «Azər-İlmə» MMC-nin «Sehrli ilmələr» qalereyasının kol-
leksiyasında saxlanan və ayrı-ayrı məktəblərə aid olan xalçaların sərgisinin
təşkilini, bukletlər buraxılmasını və s. tədbirləri nəzərdə tutur.
8
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 8
1,2,3,4,5,6,7 9,10,11,12,13,14,15,16,17,18,...274