Sonuncu Səfəvi hökmdarı III Abbası (1732-1736) yıxaraq, hakimiyyətə
gələn Nadir şahı (1736-1747) qanuni hökmdar kimi tanımaqdan imtina edən
Gəncə-Qarabağ bəylərbəyliyinə qarşı cəza tədbirləri də Qarabağın alban mə-
likliklərinin mövqeyini gücləndirdi və onların separatizminə təkan verdi.
Nadirin ölümündən (1747) sonra Azərbaycan ərazisində xanlıqlar yarandı
(Xəritə
3). Keçmiş Gəncə-Qarabağ əyalətində iki xanlıq - Gəncə və Qara-
bağ xanlıqları meydana gəldi. Qarabağ xanlığı Azərbaycanın dövlətçilik tari-
xində mühüm yer tutdu. Xanlığın banisi Pənahəli xan (1747-1763) onun
siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində ciddi tədbirlər həyata ke-
çirdi. Xanlığın siyasi mərkəzi kimi, Şuşa şəhərinin əhəmiyyəti artdı. Qarabağ-
alban məlikliklərinin separatçılıq
fəaliyyətinə qarşı qətiyyətli müba-ri-
zə aparıldı. Xanlığı daha da inkişaf
etdirmək və Azərbaycan torpaqları-
nı birləşdirmək sahəsində Pənah
xanın fəaliyyətini oğlu İbrahimxəlil
xan (1763-1806) davam etdirdi. Mə-
likliklər və onlara köməklik göstərən
Rusiya imperiyasının xanlığa qarşı
təşkil etdiyi «səlib yürüşü» boşa çıx-
dı. XVIII əsrin sonunda Ağa Mə-
həmməd şah Qacar (1795-1797)
tərəfindən Qarabağ xanlığına qarşı
təhlükə artdı. 1795-ci ildə həyata
keçirilən yürüş zamanı Şuşa şəhəri
33 günlük mühasirəyə tab gətirsə
də, 1797-ci il hücumunda Qacar
Şuşanı ələ keçirə bildi. Lakin bura-
da sui-qəsd nəticəsində öldürüldü.
XVIII əsrin sonu - XIX əsrin əvvəllə-
rində Rusiya imperiyasının Cənubi
Qafqazda işğalçılıq fəaliyyəti yeni-
dən genişləndi. 1801-ci ildə Şərqi
Gürcüstan imperiyaya qatıldı, 1803-
Mənbə: Azərbaycan tarixi atlası.
Bakı, 2007, s.32
Xəritə №3:
Azərbaycan Xanlıqarı ХVIII əsrin II yarısı
Азербайджанские ковры - КАРАБАХСКАЯ ГРУППА
16
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 16
1...,6,7,8,9,10,11,12,13,14,15 17,18,19,20,21,22,23,24,25,26,...274