cü ildə Car-Balakən, 1804-cü ildə Gəncə xanlığı işğal olundu. Belə bir tarixi
şəraitdə Qarabağ xanlığı Rusiya imperiyası ilə Kürəkçay müqaviləsini (1805,
14 may) imzaladı. Xanlıq, əslində, Rusiyaya ilhaq edildi. Qarabağda işğal reji-
minin qurulmasına başlandı. 1806-cı ildə İbrahim xan ailə üzvləri ilə birlikdə
vəhşicəsinə qətlə yetirildi. Belə bir şəraitdə xanlığa keçən Mehdiqulu xanın
(1806-1822) hakimiyyəti möhkəm deyildi. Çar Rusiyası yerli və üstün mövqe-
yə malik olan müsəlman hakim təbəqənin iqtisadi mövqelərini məqsədyönlü
şəkildə zəiflətməyə, əksinə, mövqeyi zəif olan ermənilərin rolunu artırmağa ça-
lışırdı. Bu məqsədlə Qarabağ xanlığı ləğv edilərək (1822) adi əyalətə çevrildi.
Qarabağda komendant idarə üsulu yaradıldı. Qarabağ əyaləti Hərbi-müsəlman
dairəsinin (mərkəzi Şuşa) tərkibinə daxil edildi. Bu dövrdə əslən erməni olan
general-leytenant V.Q.Mədətov Qarabağda, sözün əsl mənasında, erməni-
Rusiya müstəmləkə sistemi yaratdı. Çar Rusiyasının 1840-cı il 10 aprel tarixli
idarə-inzibati islahatı nəticəsində Qarabağda Şuşa qəzası yaradıldı və Kaspi
vilayətinə (mərkəzi Şamaxı) tabe edildi. Bununla da, Qarabağ anlayışı siyasi
mənasını itirərək, yalnız coğrafi məfhum kimi qaldı. 1846-cı ildə həyata keçirilən
yeni inzibati-ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı (1859-
cu ildən Bakı) quberniyasına tabe edildi. 1867-ci ildə Yelizavetpol (Gəncə) qu-
berniyası yaradıldıqda, Şuşa qəzası bu dəfə onun tərkibinə verildi. Şuşa
qəzasının ərazisində Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları təşkil edildi.
Bununla, Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirdi.
Çarizmin Şimali Azərbaycan torpaqlarını işğal etməsi, bütövlükdə onun, o
cümlədən Qarabağın erməniləşdirilməsilə yanaşı gedirdi. Türkmənçay mü-
qaviləsindən (1828) sonra bu hal daha müntəzəm xarakter aldı. Ermənilərin
köçürülməsi müqavilənin 15-ci maddəsində təsbit olunmuşdu. Ədirnə müqavi-
ləsi (1829) ilə Osmanlı imperiyasından da ermənilərin yeni işğal olunmuş əra-
zilərə, o cümlədən Qarabağa köçürülməsi həyata keçirilməyə başladı.
Bununla da, Qarabağ əhalisinin etnik tərkibinin ermənilərin xeyrinə dəyişdi-
rilməsi üçün daha bir addım atıldı. Qafqazdakı rus qoşunarının baş komanda-
nı A.P.Yermolovun (1816-1827) göstərişi ilə Qarabağ xanlığının ləğv
edilməsilə əlaqədar tərtib edilmiş Qarabağ əyalətinin təsvirinə (1823) görə,
qeydiyyata alınan 20095 ailədən 15729-u (78,3%) azərbaycanlı (1111-i şə-
hərdə, 14618-i kənddə), 4366-sı (21,7%) erməni (421-i şəhərdə, 3945-i
kənddə) idi. Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində
17
Azərbaycan xalçaları - QARABAĞQRUPU
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 17
1...,7,8,9,10,11,12,13,14,15,16 18,19,20,21,22,23,24,25,26,27,...274