Azərbaycan xalqının mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını,
dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənə-
tinin qədim tarixi vardır.
Elmi mənbələrə əsasən tarixi e.ə. II minilliyə aid edilən xalça sənətinin
Azərbaycan ərazisində geniş yayılmasına və inkişaf etməsinə səbəb bu
ərazidə olan əlverişli coğrafi-iqlim şəraiti, əhalinin isə əsasən maldarlıq təsər-
rüfatı ilə məşğul olmasıdır.
Yarandığı ilkin dövrlərdə tələbatı ödəyən, yəni köçmə həyat tərzi keçirən
insanların çadırlarında örtük, döşənək, pərdə və s. kimi istifadə edilən xalça
getdikcə yüksək bədii əhəmiyyət kəsb etmiş, insanların estetik ehtiyacına
cavab vermiş, onların həyatının ayrılmaz hissəsi, istehsal fəaliyyətlərinin
aparıcı növü olmuşdur.
Tarixən Azərbaycan ərazisində qoyunçuluğun inkişaf etməsi xalça sənətinə
lazım olan tükənməz xammal bazasının yaranmasına səbəb olmuşdur.
Bu sənətin geniş yayıldığı Azərbaycan ərazisi boyu hər xalça istehsalı mən-
təqəsi yunun keyfiyyətinə görə və bu ərazidə olan bitki örtüyündən, mineral,
heyvan mənşəli tərkiblərdən alınan boyaqlara görə bir-birindən fərqlənirdilər.
Bir qayda olaraq Qafqazda mövcud olan 13 qoyun cinsindən 9-u Azərbay-
canda yetişdirilirdi. Gəncə-Qazax bölgəsində əsasən parlaq və yumşaq yunu
olan «bozağ», Bakı bölgəsində zərif yunlu «şirvan», Muğan və Mil düzlərində
ağ rəngli yumşaq yunu olan «şahsevən», Cənubi Azərbaycanda «balbas«,
«maku», «muğan» cinsli qoyun yunlarından istifadə edilirdi.
Boyamadan öncə isə yunun yuyulması, piysizləşdirilməsi və ağardılması
işləri başa çatdıqdan sonra ipliyin boyanması mərhələsi başlanırdı.
Heyvan mənşəli boyaqlar fırfır (purpur) olub ondan qırmızı və bənövşəyi
rənglərin müxtəlif çalarları, palıd qurdundan isə davamlı qırmızı rəng alınırdı.
Bitki mənşəli rənglərdən əsasən marena - «boyaqotu» bitkisindən qır-
mızı, çəhrayı və bu kimi rəng çalarları alınırdı. Sarı rəngi saralmış tut
yarpağı, soğan və cır alma qabığından alırdılar. Daha tünd sarı rəngi almaq
üçün sarıkökdən, qırmızı rəngi almaq üçün isə qırmızı səndəldən istifadə
edilirdi.
İndiqo boyasından isə tünd göy rəngdən açıq maviyədək bütün çalarlar
alınırdı.
9
Azərbaycan xalçaları - QARABAĞQRUPU
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 9
1,2,3,4,5,6,7,8 10,11,12,13,14,15,16,17,18,19,...274