Qarabağ bütün tarixi dövrlərdə
Azərbaycan dövlətinin tərkibində
olub. Antik və erkən orta əsrlərdə
Qarabağ Azərbaycan Albaniya döv-
lətinin (e.ə. IV - eramızın VII əsri) mü-
hüm vilayətlərindən biri idi (Xəritə
1). Albaniya dövlətində xristianlıq
rəsmi din kimi qəbul edildikdən son-
ra, bu din Qarabağda, xüsusilə onun
dağlıq ərazilərində də yayıldı. Ərəb
istilaları (VII-IX əsrlər), xüsusilə Al-
baniya dövlətinin aradan qaldırılması
(705) Qarabağın həyatına da ciddi
təsir göstərdi. Ərəb istilalarınadək
Qarabağın tarixi ərazisində əhali et-
nik baxımdan eyni kökdən olduğu
halda, işğaldan sonra vəziyyət dəyiş-
di. Xilafətin Azərbaycan üçün faciəli
siyasəti nəticəsində xristianlığın ya-
yıldığı dağlıq hissədəAlban kilsəsinin
mövqeyi zəiflədi. Bundan istifadə
edən erməni qriqorian kilsəsi dini üstünlüyü ələ aldı. Beləliklə, Qarabağın dağlıq
hissəsində xristian albanlar arasında qriqorianlığın yayılması üçün əlverişli şə-
rait yarandı və bununla da, Qarabağın dağlıq hissəsində əhalinin qriqo-
rianlaşdırılması, daha sonra isə erməniləşdirilməsi prosesi başlandı. Ərəb
xilafətinin dağılmasından sonra Qarabağ Azərbaycan Şəddadilər dövlətinin
(975-1075), Böyük Səlcuq imperatorluğunun (XI əsrin ortaları-XII əsrin əvvəl-
ləri), Azərbaycan Atabəyləri dövlətinin (1136-1225) hakimiyyəti altında oldu. XII
əsrin sonu - XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın
knyazlığı yarandı, sonralar onun ərazisində, Xaçının özü də daxil olmaqla,
Qarabağ-alban məliklikləri (Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış), Çiləbörd)
meydana gəldi. Qarabağ XIII-XIV əsrlərdə (Xəritə
2) bütünlüklə Monqol im-
periyasının, XIV əsrin sonu - XV əsrdə Teymurilər dövlətinin tərkibində idi. Şir-
van hökmdarı I İbrahim (1382-1417) Qarabağın düzənlik hissəsini öz
Mənbə : Azərbaycan tarixi atlası.
Bakı, 2007, s.14
Xəritə №1:
Azərbaycan (e.ə. IV - III əsrlər)
Азербайджанские ковры - КАРАБАХСКАЯ ГРУППА
14
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 14
1...,4,5,6,7,8,9,10,11,12,13 15,16,17,18,19,20,21,22,23,24,...274