torpaqlarına birləşdirə bildi. Qarabağ XV-XVIII əsrin əvvəllərində Azərbaycan
Qaraqoyunlu (1410-1468), Ağqoyunlu (1468-1501), Səfəvilər (1501-1736)
dövlətlərinin tərkib hissəsi idi.
Səfəvilər Qarabağ torpaqlarını bütöv halda Qarabağ və ya Gəncə bəy-
lərbəyliyində birləşdirdilər. Səfəvi-osmanlı müharibələri dövründə (1514-1555,
1578-1590 və s.) Qarabağ əldən-ələ keçdi. 1590-cı il müqaviləsindən sonra
Osmanlı dövlətinin tərkibinə qatılan Qarabağ torpaqlarında Müfəssəl dəftər
tərtib edilmişdi (1593). Həmin məlumata görə, Gəncə-Qarabağ əyaləti 5 san-
cağa, 36 nahiyəyə bölünürdü. Dini mənsubiyyətinə görə əhalinin 61%-i müsəl-
man, qalanı isə qeyri-müsəlman idi. Qeyri-müsəlman əhali isə xristianlaşmış
(və ya qriqorianlaşmaqda olan) albanlar idi. XVIII əsrin birinci rübündə Azər-
baycan torpaqları İran, Rusiya və Osmanlı dövlətləri arasında bölüşdürüldük-
də Qarabağ Osmanlı dövlətinin tərkibində qaldı. Bu dövrə aid Osmanlı
dəftərləri azərbaycanlıların bölgənin əsas əhalisi olduğunu sübut edir. Hesab-
lamalara görə, 1727-ci ildə Gəncə-Qarabağ əyalətindəki 122 min nəfərədək
əhalinin 80,3 min nəfəri (66%) azərbaycanlılar, 37,8 min nəfəri (31%) qriqo-
rianlaşmış albanlar, 3,7 min nəfəri (3%) kürdlər idi.
Azərbaycan torpaqlarının bölüşdü-
rülməsində fəal iştirak edərək, Xəzər-
yanı torpaqları ələ keçirən Rusiya çarı
I Pyotr (1682/89-1725) bu torpaqlarda
möhkəmlənmək və işğalçılıq planlarını
genişləndirmək üçün ermənilərdən is-
tifadə edilməsinə böyük önəm verirdi.
Bu məqsədlə o, 1724-cü il noyabrın
10-da erməni xalqına fərman imzaladı.
Fərmanda ermənilərin işğal olunan
Azərbaycan torpaqlarına köçürülməsi,
onlara mehribanlıq göstərilməsi, boşal-
mış evlərin, münbit torpaqların onlara
verilməsi, mühafizələrinin təşkil edil-
məsi, bütün bunları həyata keçirmək
üçün müsəlmanların doğma yerlərindən
deportasiyası nəzərdə tutulurdu.
Mənbə: Azərbaycan tarixi atlası.
Bakı, 2007,s.23.
Xəritə №2:
Qarabağ (XIII - XIV əsrlər)
15
Azərbaycan xalçaları - QARABAĞQRUPU
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 15
1...,5,6,7,8,9,10,11,12,13,14 16,17,18,19,20,21,22,23,24,25,...274