Qarabağ Azərbaycanın qədim tarixi bölgələrindən biridir. Kiçik Qafqaz
dağları ilə Kür və Araz çayları arasındakı ərazini əhatə edir. Bəzi məlumatlara
görə, «Qarabağ» anlayışı XII əsrdən işlənib, XII əsrdən isə daha geniş yayılıb.
«Qarabağ» «qara» və «bağ» sözlərinin birləşməsindən əmələ gəlib («qara»
sözü türk dillərində, o cümlədən Azərbaycan dilində, rəng bildirməklə yanaşı,
«böyük», «qalın», «sıx» mənasında da işlənir). Tədqiqatçılar «Qarabağ»ın
«böyük bağ», «səfalı bağ» mənasında işlədildiyini də bildirirlər. Bəzi mən-
bələrdə Qarabağın dağlıq hissəsi «Arsax» adlandırılır. Etimolji araşdırmalar
göstərir ki, «Arsax» sözü də Qarabağın qədim türk etnoslarından biri olan
saklarla bağlıdır. «Arsax» «ər» və «sak» sözlərinin birləşməsi («Sak əri») kimi
də izah olunur.
Qarabağ təkcə Azərbaycanın deyil, eləcə də bütün dünyanın ən qədim ta-
rixə malik diyarlarındandır. Azıx mağarasında (Füzuli rayonu) tapılan insan
məskəni və ən qədim insanın qalıqları bu bölgənin Aralıq dənizi və Şərqi
Afrika ilə birlikdə müasir insanların meydana gəldiyi məkanlardan olduğunu
söyləməyə əsas verir. Azıxın alt çöküntülərindən aşkar edilmiş əmək alətləri
Quruçay mədəniyyəti adlandırılıb. 1968-ci ildə Azıx mağarasından «Azıx-
antrop» («Azıx adamı») adlandırılan ibtidai insanın (350-400 min il əvvəl
yaşamışdır) alt çənə sümüyünün bir hissəsi tapılıb. Daş dövrünün sonrakı ta-
rixi mərhələlərində, həmçinin eneolit (e.ə. VI-IV minilliklər), tunc və ilk dəmir
(e.ə. IV minilliyin ortaları - I minilliyin əvvəlləri) dövrlərində Qarabağın həya-
tında ciddi dəyişiklik baş verdi. Son tunc və ilk dəmir dövrü (e.ə. XII-VII əsrlər)
Xocalı-Gədəbəy mədəniyyəti adını alıb. Bu dövrə aid Xocalı qəbiristanlığı ar-
xeoloji abidəsindən üstündə Aşşur çarı Adadnerariyə aid mixi yazı olan əqiq
muncuq tapılıb.
tarixi oçerk
AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİ:
13
Azərbaycan xalçaları - QARABAĞQRUPU
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 13
1...,3,4,5,6,7,8,9,10,11,12 14,15,16,17,18,19,20,21,22,23,...274