179
Bədii cəhətdən yüksək zövq və peşəkarlıqla toxunmuş xalça özünün mürəkkəb süjet həlli ilə seçilir. Xalçada dini və mifo-
loji obraz olan Süleyman peyğəmbərin əhvalatı təsvir edilib. Toxucuların peşəkarlığı nəticəsində insan simaları, real və mis-
tik heyvan rəsmləri dəqiq, obrazlı və ifadəli görünür. Təsvir olunan hər bir obraz əhvalatın özündə iştirak edir, öz mimikası
ilə hadisəyə münasibətini göstərir. Xalçanın rəng həlli onun dinamikasını tamamlayır, əsas süjetin qabarıq çatdırılmasına
xidmət edir.
Əfsanəyə görə Süleyman peyğəmbər bütün heyvanların dilini bilirdi. Onun elə bir bacarığı var idi ki, insanların daxilini
görə bilirdi. Bir gün Süleyman peyğəmbərə xəbər çatdırırlar ki, qonşu ölkənin xanım hökmdarı Süleymanın ölkəsinə hücum
etmək istəyir. Süleyman xanım hökmdara “Özünü qabaqcadan təslim et!” məzmunlu məktub yazır. Hökmdar məktubu
oxuyur, ona gülür və cırıb atır. Dərhal müharibə elan edir və bütün qoşunlarını toplayır. Xəbər Süleymana çatan kimi o
da öz ordusunu toplayır və elan edir ki, kim o hökmdarın taxtını ona gətirsə, həmin adamı ən yüksək vəzifəyə qoyacaq.
Vəzirləri söyləyirlər ki, qadını bir saata ona gətirəcəklər. Tutuquşu söyləyir ki, qadını bir neçə dəqiqəyə Süleymanın hüzu-
runa gətirə bilər. Bayquş isə deyir ki, əgər icazə verilsə, hökmdarı bir kirpik qırpımında Süleymanın hüzuruna gətirər. Bay-
quşa izn verilir. Qadın onun taxtının bir göz qırpımında Süleymanın hüzurunda olduğunu görüb, onun qüdrətini anlayır
və təslim olur, ona xidmət etməyə başlayır.
Xalçada Süleyman peyğəmbərin öz taxtında əyləşməsi təsvir edilib. Onun başında nur haləsi vardır; başının üstündə hey-
vanlar – tutuquşu, bayquş, tovuzquşu, bülbül təsvirləri verilir. Sol tərəfində vəzirləri və mürşidləri təsvir olunub. Süleyman
onlarla məşvərət edir. Vəzir və mürşidlərin arxasında gözətçiləri dayanıb. Xalçanın mərkəzində qonşu ölkənin hökmdar qa-
dını Süleymana təzim etdiyi şəkildə təsvir edilib. Aşağıda təsvir edilən heyvanlar insan başlıdır. Bu, Süleyman peyğəmbərin
insanın daxilini oxuduğu və onun mahiyyətcə kimliyini bildiyinə işarədir. Xalçanın dörd küncündə Süleyman peyğəmbər,
kətəbələrin arasında isə mürşidlərin təsvirləri verilib.
1...,169,170,171,172,173,174,175,176,177,178 180,181,182,183,184,185,186,187,188,189,...362