185
Bu tipli xalçaların bədii tərtibatında miniatürçü rəs­
samlar, nəqqaşlar və təcrübəli xalçaçılar iştirak et­
mişlər. Xalça müəllifləri böyük ilhamla xalça təs­virinin
çox obrazlılığından tam irəli gələn harmonikliyi əhatə
edərək, cəzbedici bir səhnə yaratmışlar. Xalçadakı in-
san, heyvan və ağac obrazlarının hər birisi ayrılıqda
dərin məna kəsb edir.
Xalça Qəznəvi hökmdarı Bəhram şaha həsr olunub.
Qəznəvilər dövləti 962 – 1187-ci illərdə mövcud ol-
muşdur. Qəznəvi dövlətinin əsasını X əsrin 60-cı il­
lərində Alptəkin (962 – 963) qoymuşdur. O, Samanilər
dövlətinin görkəmli sərkərdəsi idi və Samanilərin türk
qulamlarında xidmət etmişdir (Qulamlar türk əsilli
gənc qullardan təşkil edilmiş daimi süvari qvardiya
idi). Alptəkin şəxsi şücaətinə görə hərbi əyanlar sı-
rasına daxil olmuşdu. O, Samanilərin hakimiyyətini
tanımaqla yanaşı, Qəznəvi dövlətini yaratdı. Qərbi
İran Qəznəvi dövlətinin tərkibinə keçdi. Hindistanın
şi­malı və şimal-qərbi 1026-cı ildə işğal edildi. Dövlət
Hindistandan Xəzərə qədər olan ərazini əhatə edirdi.
Burada hökmdar “sultan” adlanırdı. Qəznəvi sultanı
III Məsudun ölümündən sonra 1115-ci ildə oğulları
arasında çəkişmə baş verdi və 1117-ci ildə hakimiyyətə
səlcuqların vassalı kimi oğlanlarından biri olan Şah
Sultan Bəhram gəldi. Qəznəvilərin sonuncu hökmdarı
odur. 1157-ci ildə Şah Sultan Bəhram Hindistanı fəth
edib, geri qayıdarkən yolda ölür.
Bu xalçada Bəhram şahın çobana rast gəlməsi səhnə­si
təsvir olunub. Bəhram şah qırmızı, xanımı isə boz atın
üstündə təsvir olunub. Onların başındakı tac, əyin­
lərində olan libaslar şahlığa işarədir. Xanımın əlində
olan qızılquş və atın yanındakı ov tazısı onların ova çıx-
dıqlarını göstərir. Xalçanın yuxarı hissəsində dağətəyi,
göl, ağac və kollar, müxtəlif çöl heyvanları, göldə isə
üzən ördəklər təsvir edilmişdir. Bütün bunlarla rəssam
ov mənzərəsini yaratmaq istəmişdir. Bəhram şahın atı-
nın önündə bir çoban dayanıb, ondan yuxarıda ağaca
bağlanmış it görünür. Bəhram şah çobandan niyə iti
ağaca bağladığını soruşur.
Xalçanın ara sahəsindəki narıncı yerlikli medalyonun içərisində
” (Ustad Fərtas) yazılıb ki, bu da xalçanın təsvirini verən
rəssamın adıdır.
1...,175,176,177,178,179,180,181,182,183,184 186,187,188,189,190,191,192,193,194,195,...362