189
Xalçanın ana haşiyəsini nəbati naxışlarla bəzədilmiş bala
haşiyələr əhatə edir. Xarici bala haşiyə daxildən dilikli,
xaricdən isə “mollabaşı”lar işlənmiş mədaxillə, daxili haşiyə
isə xaricdən dilikli, daxildən “mollabaşı”larla əhatə olunub.
Mədaxillərin kənarları sürməyi və sumağı “su”larla tamam-
lanır.
Xalça yüksək bədii tərtibata malikdir. Xalçada insan simaları
və heyvanlar xüsusi dəqiqliklə təsvir edilmişdir. Kompozisiya
həllində zənginlik və təsvirlərin çoxluğu əsas fikri çatdırmağa,
ümumi mənzərənin yaranmasına yardım edir.
Toxunuş zamanı istifadə olunmuş iplər əldə əyirilmiş, təbii
boyalarla boyanmışdır. Xalçada on iki rəngin çalarları vardır.
Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir. Yaxşı vəziyyətdə
saxlanılan bu xalça təmirə məruz qalmamışdır. Xalçanın xovu
yun, əriş və arğacı pambıqdandır.
1...,179,180,181,182,183,184,185,186,187,188 190,191,192,193,194,195,196,197,198,199,...362