193
Aşağı haşiyədə şikəstə nəstəliq xətti ilə “
(Sifariş edən: Məhəmməd Rza xan Tehrani) sözləri yazılıb.
Nadir şahın apardığı mərkəzləşdirmə siyasəti feo-
dal əyanlarının maraqlarına toxunurdu. 1741-ci ildə
Mazandaran meşələrindən keçərkən Nadirə sui-qəsd
olur. Bundan sonra Dağıstandakı uğursuzluqlar və
1743-1747-ci illərin üsyanlar dalğası başlayır. Bütün
bunlar Nadir şahı qəzəbləndirir və o, kütləvi cəza təd­
birlərinə başlayır. Təqiblər aparıcı soyların məş­hur
nü­mayəndələrindən də yan keçmir. Bunun da nəti­
cə­sində sarayda sui-qəsd havası yetişir və 1747-ci ilin
iyununda gecə öz çadırında Nadiri qətlə yetirirlər.
Aşağı hissədə Nadirin məzarı və ətrafına yığışanlar
görünür. Sol tərəfdə vəliəhd və şahzadə, sağda isə sa-
ray əyanları dayanıblar. Məzarın üzərinə gül dəstəsi
qoyulub.
Xalçanın ana haşiyəsində müxtəlif heyvan təsvirləri verilib. Bala haşiyələr isə nəbati naxışlarla bəzədilmişdir. Ana və
bala haşiyələrin kənarları ağ rəngli “su”larla tamamlanır. Xalça təbii boyalarla boyanmış yun iplərdən toxunmuşdur. Uzun
müddət divardan asıldığı üçün yaxşı vəziyyətdə qalmışdır. Xalçada on dörd rəngdən istifadə olunmuşdur. Xalçanın xovu
yun, əriş və arğacı isə pambıqdır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,183,184,185,186,187,188,189,190,191,192 194,195,196,197,198,199,200,201,202,203,...362