192
qalibiyyətli yürüşlərindən narahatlıq keçirməyə başlayır. Əşrəf öz qoşunlarını Xorasana, Nadirin üzərinə yeridir. 1729-cu
ilin 30 sentyabrında Mimandost çayı sahilindəki döyüşdə (Mimandost döyüşü) Əşrəfin qoşunları darmadağın edilir. Bu
parlaq qələbəsi ilə də Nadir ölkənin yadellilərdən təmizlənməsi uğrunda mübarizəsinin başlanğıcını qoyur. Əşrəfin qoşun-
ları Tehrana doğru geri çəkilərək, oradan da İsfahana yönəlirlər. Nadirin əfqanlarla haqq-hesab çəkəndən sonra Azərbaycan
üzərinə yeriyəcəyini anladığı üçün Osmanlı sultanı Əşrəfin köməyinə böyük bir ordu göndərir.
Nadirlə Əşrəf arasında həlledici döyüş 1729-cu ilin 13 noyabrında İsfahan yaxınlığında (İsfahan döyüşü) baş verir. Bu
dəfə Nadir birləşmiş əfqan-türk qoşunları üzərində parlaq qələbə qazanır. Onların gözü elə qorxur ki, həmin gün bir daha
döyüşə girməyib, İsfahandan çəkilirlər. Nadir təntənəli şəkildə şəhərə girir və öz əlləri ilə Səfəvi tacını şah Təhmasibin başı-
na qoyur. Üstündən bir qədər keçəndən sonra Nadir öz qoşunlarını əfqanları təqib etməkdən ötrü Fars vilayətinə göndərir.
Qaçaqaçda Əşrəf öldürülür və bu da döyüşün taleyini həll edir.
Ölkənin şərqi tamamilə təmizlənir. İndi qarşıda yalnız Azərbaycanı və onun yaxınlığındakı torpaqları osmanlılardan azad
etmək qalırdı. 1731-ci ildəki hərbi əməliyyatlar nəticəsində Nadirqulu xan osmanlıları əzərək Azərbaycanı, Həmədanı azad
edir.
Təhmasib özünün zəifləmiş nüfuzunu bərpa etməkdən ötrü həmin əyalətləri şəxsən azad etmək qərarına gəlir. Ancaq
məğlub olaraq, 1731-ci ildə ölkə üçün biabırçı bir sülh müqaviləsi (Kirmanşah müqaviləsi) bağlayır. Həmin müqaviləyə
əsasən Araz çayının şimalındakı bütün ərazilər, eləcə də Kirmanşahın bir sıra əyalətləri osmanlılara verilirdi.
Nadirqulu xan müqaviləni tanımaqdan imtina edir və qədim türk ənənələrinə görə xan və əyanların qurultayını çağı-
rır. Qurultay şah Təhmasibi taxtından salaraq, onun III Şah Abbas adlandırılan səkkiz aylıq oğlunu şah elan edir. Faktiki
olaraq, bütün hakimiyyət Nadirin əlində cəmləşir. Bundan sonra Nadir iki il ərzində bir-birinin ardınca qazandığı parlaq
qələbələrlə bütün Azərbaycanı və Şərqi Gürcüstanı osmanlılardan təmizləyir.
Uzun illər ərzində ilk dəfə olaraq, Azərbaycanın geniş hüdudları inzibati qaydada bir şəxsin idarəsinə verilir. Artıq Səfəvi­
lər dövlətinin sərhədləri, demək olar ki, tamamilə bərpa edilir və qarşıda onun dağılmış təsərrüfatını dirçəltmək vəzifəsi durur.
Köhnə Səfəvilər sülaləsinin nümayəndələri artıq feodal əyanları və xalq arasında öz nüfuzlarını tamamilə itirmişdilər və
ölkəni dağıntıdan xilas etmək iqtidarında deyildilər. Nadir öz nöqteyi-nəzərindən yeganə doğru yola əl atmaq – taxt-tacın
həqiqi sahibi olmaq istəyir. Bundan ötrü o, yenidən qədim türk qaydasına görə Muğan düzündə qurultay çağırır. Bu qu-
rultaya hərbi, mülki və dini əyanları, şəhər və kənd başçılarını yığır. Buraya 100 minə yaxın adam toplanır. Bunlardan ötrü
məscid və bazarlar da daxil olmaqla ağac və qamışdan 12 min müvəqqəti tikili salınır. Novruz bayramı günü, 1736-cı ilin 21
martında Nadirqulu xan qurultaya iştirakçılar arasından yeni şah seçmək təklifi verir. Sözlərini bununla əsaslandırır ki, III
Şah Abbas hələ ki uşaqdır, Nadir özü isə işləməkdən yorulub və hakimiyyətdən imtina edir.
Şah elan olunması məsələsi ortaya çıxanda, Nadir özünü zahirən elə göstərir ki, guya yorulub, doğrudan da, şahlığı istəmir,
qurultay, az qala, yalvarıb onun razılığını alır və tacqoyma mərasimi keçirilir.
Xalçada Nadir şahın öz taxtında əyləşdiyi görünür. Həcmcə böyük olan taxt dövlətin və hökmdarın əzəmətini göstərir.
Taxtda iri mütəkkə var və taxt xüsusi naxışlarla bəzədilmişdir. Taxtın yaşıl rəngdə olması Nadir şahın “cəfəriyyə” təriqətinin
yaradıcısı olduğuna işarədir. Onun geyimi ağ rəngdədir və qızılı saplarla bəzədilmişdir. Əlində qılınc, başında qara rəngdə
butavari şəkildə olan əfşar tacı vardır. Yuxarı medalyonun içərisində “
” (Nadir şah Əfşar) sözləri yazılıb. Nadir şa-
hın sağında baş vəzir təsvir edilib. Qoca vəzir əlində çomaq, təzimə müntəzir vəziyyətdə dayanıb.Yuxarı sol küncdə Nadir
şahın iki qızı ayaq üstdə dayanıb. Onların başındakı tac şahzadə olmalarına işarədir. Onların belində xəncər var. Sol tərəfdə
isə Nadir şahın oğlu, taxt-tacın varisi dayanıbdır.
1...,182,183,184,185,186,187,188,189,190,191 193,194,195,196,197,198,199,200,201,202,...362