191
Şərqin Napoleonu adlandırılan Nadir şahın portreti toxunmuş xalçalar həmişə yüksək bədii tərtibatı ilə diqqəti cəlb edir.
Bu tip xalçalarda xalçaçı-sənətkarlar obrazın əsl mahiyyətinə nüfuz etməyə çalışıb, kompozisiyanın klassik quruluş
mütənasibliyini pozmamış, hətta qüsursuz harmonikliyə, ilhamlı və təntənəli ifadəliliyə gətirib çıxarmışdır.
Xalça iki səhnədən ibarətdir. Yuxarı səhnədə Nadir şah sarayda təsvir edilib. Nadir şah Əfşar (22 oktyabr 1688 – 19 iyun,
1747) – mənşəcə Azərbaycan türklərindən olan Əfşarlar imperiyasının şahı (1736-1747) və türksoylu Əfşarlar sülaləsinin
banisidir. Tarixdə, həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər
ona Şərqin Napoleonu və ikinci Makedoniyalı İsgəndər kimi ləqəblər vermişlər. XVII əsrin sonu – XVIII əsrin əvvəllərində
Səfəvilər dövləti ağır iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi Əfqan işğalı altına düşmüşdü.
Azərbaycanın Şirvan və bunlarla həmsərhəd əraziləri Osmanlı İmperiyası tərəfindən işğal olunmuşdu. Rusiya da Qafqazda
böyük fəallıq göstərməyə başlayırdı. 1723-cü ildə I Pyotr Bakı üzərinə yürüş etmiş və Xəzərboyu əraziləri zəbt etmişdi.
İranın gələcək şahı Nadirqulu xan türk tayfalarından əfşarların Qırxlı boyundan idi. Onun əcdadları hələ I Şah İsmayıl
zamanında Azərbaycandan Xorasana köçürülmüşdülər. Nadirqulu da 1688-ci ildə burada kasıb bir ailədə doğulmuşdu.
Hələ on səkkiz yaşı tamam olmamış bu gənc anası ilə birlikdə Xarəzm özbəklərinin yürüşlərindən birində əsir götürülür və
qul edilir.
Çox keçmədən əsirlikdən qaçıb Xorasana qayıdan Nadirqulu Əbivərd hökmdarı Baba Əli bəyin yanında qulluğa götürü-
lür. O, başına kiçik bir dəstə toplayıb, Xorasan əyalətlərinin bir neçəsini tutduqdan sonra özünü Nadirqulu bəy adlandır-
mağa başlayır. Nadirqulu bəyin Xorasan yürüşlərinin qarşısı qüdrətli feodal Məlik Mahmud tərəfindən dayandırılır. Nadir-
qulu kömək üçün şah II Təhmasibə müraciət edir. 1726-cı ildə şah Təhmasib və Fətəli xan Qacar Məlik Mahmudu devirib,
burada Səfəvi şahının hakimiyyətini bərpa etməkdən ötrü böyük qoşunla Xorasana gəlir və Nadirqulu bəy onlarla birləşir.
II Təhmasib Nadirqulu bəyi Xorasanda öz canişini təyin edir. Bundan sonra Nadir özünə Təhmasibqulu xan adını götürür.
O, Təhmasibə, ilk növbədə, təsir qüvvəsi get-gedə böyük sürətlə artan Fətəli xan Qacarı neytrallaşdırmaqdan ötrü lazım idi.
Ancaq şah (heç Nadirin özü də ondan geri qalmırdı) bununla da kifayətlənmir.
Məlik Mahmud idarəçiliyinin mərkəzi Məşhəd alınan zaman şah Təhmasibin əmri ilə Fətəli xan öldürülür. Nadir onu
Fətəli xanla Məlik Mahmud arasında gizli sövdələşmə olduğuna inandırmışdı. Bundan sonra Nadirqulu xan şahın silahlı
qüvvələrinin baş komandanı təyin olunur. Bir qədər keçmiş Nadir Məlik Mahmudun qoşunlarını əzərək, onun özünü qətlə
yetirir. Bundan sonra Nadirin saraydakı mövqeyi möhkəmlənir.
Hadisələrin sonrakı inkişafı göstərir ki, artıq 1727-ci ildən Nadir şah Təhmasiblə də əlaqələri tam qırır və bütün Xora-
sanda özünün hökmranlığı uğrunda mübarizəyə başlayır. Nadir nəzarətdən çıxmış kürd və türkmən qəbilələri və şah qo-
şunları üzərində bir neçə qələbə qazanır. Şah özünün məğlubiyyətini etiraf edir və barışıq üçün yollar axtarır. Bu ara-
da Nadir bir sıra qətiyyətli yürüşlər vasitəsilə bütün şimal-şərqi İranı birləşdirir. İrandakı əfqan şahı Əşrəf də artıq onun
1...,181,182,183,184,185,186,187,188,189,190 192,193,194,195,196,197,198,199,200,201,...362